Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:26

Avropa daha bir vaksini təsdiq etdi


Johnson & Johnson's şirkətinin Janssen koronavirus vaksini
Johnson & Johnson's şirkətinin Janssen koronavirus vaksini

Fransada reanimasiyada noyabrın sonundan bəri ən çox xəstənin olduğu xəbər verilir. Son yeddi gündə ortalama 21 mindən artıq yoluxma qeydə alınır

Avropa İttifaqının dərmanlar üzrə tənzimləyici qurumu Johnson & Johnson’s şirkətinin COVID vaksinini istifadə üçün təsdiq edib.

Bu arada Avropa hökumətləri Britaniyanın AstraZeneca vaksininin təchizatı ilə bağlı yarana biləcək fasilədən narahatdırlar.

Bəzi Avropa hökumətləri bu vaksindən istifadəni sağlamlıq üçün risk mülahizələri ilə dayandırıblar.

Lakin Avropa Tibb Agentliyi bildirir ki, sözü gedən vaksin təhqiq edilib və vaksinin “qanı dondurmasından” olan narahatlıqlar tamamilə əsassızdır.

***

Martın 10-da ABŞ Nümayəndələr Palatası koronavirusa qarşı 1.9 trilyon dollarlıq yardım paketini təsdiqləməlidir. Bu arada Avropa Birliyinin (AB) aparıcı rəsmisi deyib ki, qurum Johnson & Johnson vaksinini təsdiqləmək üzrədir.

AB-nin Daxili Bazar üzrə Komissarı martın 9-da bildirib ki, qurumun dərman tənzimləyicisinin “bir neçə gün, yaxud saat içində” Johnson & Johnson vaksininə yaşıl işıq yandıracağı gözlənir.

Bu halda 27 üzvü olan birlikdə artıq dörd təsdiqlTieri Bretonənmiş vaksin olacaq və birlik ikinci rübdə 300 milyon doza vaksin əldə etmək hədəfinə çata biləcək. Hətta bəzi vaksin istehsalçıları problemlər yaşasalar belə.

Gələn il üçün 3 milyard doza

Almaniyanın BioNTech şirkəti ABŞ-dan tərəfdaşı Pfizer ilə birlikdə gələn ilədək ikidozalı vaksin istehsalı gücünü 3 milyard dozaya çatdıra bilərlər. Daha öncə bu il üçün 2 milyard doza istehsal olunacağı deyilirdi.

BioNTech-in baş icraçı direktoru Uğur Şahinin “Bloomberg”ə deməsinə görə, şirkət tələbdən asılı olaraq 3 milyard doza istehsal edə bilər.

Bu arada koronavirusun Braziliyada yayılmış mutasiyası yoluxma və ölüm hallarında kəskin artım yaradıb. Virusun dünyaya yayılacağı sarıdan əndişələr artır.

Artıq Braziliyada koronavirusdan ölü sayı 268 mini keçib. Yalnız Birləşmiş Ştatlar və Hindistan ondan öndədir. Ölkədə əhalinin peyvəndlənməsi ləng gedir.

“Agencia Brasil” xəbər agentliyi “Fiocruz” tədqiqat qurumuna istinadla yazır ki, ölkənin reanimasiya şöbələrində COVID-19 xəstələrinin vəziyyəti “həddən artıq ağırdır”.

Fransa, ABŞ

Fransada reanimasiyada noyabrın sonundan bəri ən çox xəstənin olduğu xəbər verilir. Son yeddi gündə ortalama 21 mindən artıq yoluxma qeydə alınır.

Dünyada pandemiyanın ən böyük zərbəni vurduğu Birləşmiş Ştatlarda isə peyvəndləmə prosesi sürətlənir, yoluxmalar yanvardakı pik həddən aşağıdır.

Bir çox ştatlar təkrar açılıma getsə də səhiyyə rəsmiləri qadağaları belə tezliklə qaldırmağın virusu geri qaytaracağı xəbərdarlığını edirlər.

Virusa qarşı sərt qadağalar dünya iqtisadiyyatına ciddi zərbə vurub, milyonlarla insanı kasıblığa yuvarlayıb. Bu arada nikbin proqnozlar da səslənir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu il 5.6 faiz artım proqnozlaşdırır. Bu, dekabrdakı proqnozdan 1.4 bənd çoxdur.

ABŞ Nümayəndələr Palatasının martın 10-da 1.9 trilyon dollarlıq yardım paketini qəbul edərək imzalamaq üçün Prezident Co Baydenə göndərəcəyi gözlənir.

XS
SM
MD
LG