Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:24

'Vəziyyət pisləşərsə, karantin yenidən sərtləşdirilə bilər'


Bakı avtobuslarında basabas: 'Maskanın da xeyri yoxdu'
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Bakı avtobuslarında basabas: 'Maskanın da xeyri yoxdu'

Son günlərdə Azərbaycanda koronavirusa yoluxma statistikası artıb. Martın 1-də ölkə üzrə yoluxma sayı 125 olduğu halda, növbəti gün bu göstərici 352-yə yüksəlib. Həmçinin, koronavirusa yoluxanlarla sağalanların arasında fərq də kəskin artıb.

Ölkədə yanvarın 18-dən aparılan vaksinasiya fonunda yenidən yoluxmaların artmasının səbəbi nədir?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan" agentliyinə bildirib ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda koronavirusa yoluxmanın sayı azdır:

M.İbrahimqızı
M.İbrahimqızı

"…Operativ Qərargah bu tendensiyanı azaltmaq tədbirləri ilə bağlı düşünür"

"Yoluxanların sayı əhalinin ümumi sayına və digər ölkələrdəki statistikaya görə pis deyil. Amma sağalma ilə xəstələnmə arasındakı kəskin fərq narahatedicidir. Artıq xəstələnənlərin sayı sağalanlardan iki dəfə çoxdur. Hesab edirəm ki, Operativ Qərargah bu tendensiyanı azaltmaq tədbirləri ilə bağlı düşünür".

Deputatın fikrincə, son vaxtlar Azərbaycanda karantin rejimi çox yumşalıb: "Gözəllik salonları, restoranlar, məktəblər, uşaq bağçaları açılıb. Məsələn, Almaniya və Avstriyada yalnız martın 1-dən uzun fasilədən sonra bərbərxanalar açılıb. Ora girişə isə ekspress testin nəticəsi neqativ olandan sonra icazə verilir. Bizdə isə, çox təəssüf ki, gözəllik salonlarında, restoranlarda bu praktika yoxdur. Bizdə yoluxanların sayı aşağı düşmüşdü, sağalanların sayı çox idi. Amma görünür ki, bizdə insanlar tam bu koronavirus mühitində yaşamaq vərdişlərinə alışa bilmir".

Bizneslər açılır: 'Indi işləyib borclarımızı verəcəyik'
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

Deputat bununla belə bildirib ki, indi insanlar maska məsələsində daha çox intizamlıdır və qaydalara əməl etməyə çalışırlar: "Amma restoranlarda, insanlar sıx təmasda olan yerlərdə maska məsələsinə o qədər də ciddi yanaşılmır".

"Azərbaycanda isə hələ ki, yalnız həkimlər…"

M.İbrahimqızı qeyd edib ki, koronavirusa qarşı vaksinasiya prosesi başlayandan qısa müddət sonra xəstəlikdə artım tendensiyası təbiidir: "Vaksinasiya iki mərhələli aparılır. Birinci doza vurulandan 28 gün sonra ikinci doza vurulur. Azərbaycanda peyvənd ilk tibb işçilərinə vurulub və onlara ikinci peyvəndin vurulması mərhələsi təzəlikcə bitib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vaksinin ikinci dozası vurulandan 15 gün sonra immunitetin yaranıb-yaranmamasını yoxlamaq üçün test edilir. Qurumun bildirdiyinə görə, bəzi insanlarda hətta peyvənddən sonra immunitet yaranmaya bilir. Azərbaycanda isə hələ ki, yalnız həkimlər vaksinasiyanın ikinci mərhələsindən keçiblər və hazırda antikor testləri edilir".

'Polis maskaya görə məndən 10 min manat cərimə tələb etdi'
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

"Bu, yanlış fikirdir"

M.İbrahimqızı vurğulayıb ki, indiki dövr daha həssasdır: "Hərdən elə hallarla rastlaşırsan ki, insanlar vaksinin birinci dozasını alandan sonra çox rahatlaşır, fikirləşir ki, artıq xəstələnməyəcək. Amma bu, yanlış fikirdir. Birinci dozadan sonra qanda anticisimlər, ikinci dozadan sonra isə maksimum immunitet yaranmağa başlayır".

Bununla belə, deputat düşünür ki, Azərbaycanda koronavirusla bağlı proqnozlar optimistdir.

"İctimai nəqliyyat bizim ən zəif yerimizdir"

Tibb elmləri doktoru Adil Qeybulla da AzadlıqRadiosuna bildirib ki, son vaxtlar koronavirusa yoluxma sayı artmaqdadır. Onun fikrincə də, sosial həyatın ayrı-ayrı sahələri yumşaldıqca karantin rejiminə riayət etmə arxa plana keçib: "İctimai nəqliyyat bizim ən zəif yerimizdir. Bu günə qədər pandemiyanın Azərbaycanda bu şəkildə yayılmasında, təmasların artmasında ictimai nəqliyyatın günahı az deyil. Bu sahədə biz qayda-qanuna nail ola bilmədik. Avtobuslarda yaranan basabasları kənardan müşahidə etsək, biz buna bir daha əmin olarıq".

A.Qeybulla
A.Qeybulla

"Britaniya ştammı və…"

Ekspertə görə, məktəblərin, ayrı-ayrı kafe və restoranların fəaliyyəti də yoluxma sayının artmasına şərait yaradır: "Bundan başqa, Britaniya ştammı və digər mutagen formaların yayılması reallıqları var. Bunlar haqda Azərbaycan üzrə dəqiq məlumat, hələlik, əlimizdə yoxdur".

A.Qeybulla hesab edir ki, epidemioloji vəziyyətdən asılı olaraq situasiyaya dəyər veriləcək: "Vəziyyət pisləşərsə, karantin qaydaları yenidən sərtləşdirilə bilər. Vəziyyət isə bu şəkildə davam edərsə, indiki situasiyada sərtləşməyə heç bir lüzum yoxdur".

Məsələyə, hələlik, Nazirlər Kabineti yanında Operativ Qərargahdan münasibət almaq mümkün olmayıb. Bakı Nəqliyyat Agentliyindən isə, bir qayda olaraq, bildirirlər ki, avtobuslarda sıxlığın aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilir.

Mutasiya olunmuş koronavirusa qarşı daha güclü peyvənd nəzərdən keçirilir
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Xatırlatma

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.5 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 235 min 14 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 225 nəfərin vəfat etdiyi açıqlanıb. Ölkədə 2019-cu il martın 24-dən karantindir. Bu müddət ərzində rejim zaman-zaman həm sərtləşdirilib, həm də yumşaldılıb. Növbəti yumşaldılmaya yanvarın 18-dən başlanılıb.

XS
SM
MD
LG