Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:16

İran ABŞ-ın neft tankerini tutmasını 'dəniz quldurluğu' adlandırır


Səid Xatibzadə
Səid Xatibzadə

İran fevralın 15-də bəyan edib ki, ABŞ-ın bu ay onun neft yükünü həbs etməsi “dəniz quldurluğu aktı” kimi qiymətləndirilə bilər.

Tehran bunu da bildirib ki, bu yük İran hökumətinə məxsus deyil.

Reuters yazır ki, Vaşinqton fevral ayında sözü gedən yükün saxlanması üçün məhkəməyə müraciət etmişdi.

ABŞ iddia edirdi ki, İran neft yükünün mənşəyini ört-basdər etmək məqsədilə nefti bir neçə müxtəlif gəmilərə yükləyib.

Vaşinqton bildirirdi ki, sonradan Liberiyanın bayrağı altında üzən “Axilles” adlı tankerə yüklənən neft Çinə göndərilməliymiş

Vaşiqnton bildirir ki, bu yükün göndərilməsi ABŞ-ın terrorizmlə mübarizə qanunlarına ziddir.

Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib ki, bu neft yükünün rəsmi Tehranla heç bir əlaqəsi yoxdur.

Sözçü deyib ki, yük özəl sektora daxil şirkətə məxsusdur.

O söhbətin hansı şirkətdən getdiyini izah etməyib.

“Axilles” tankeri

“Axilles” tankerinin ən son qeydə alındığı yer Qalverston Yükboşaltma Limanı olub.

Bu liman ABŞ-ın Qalverston portunun yaxınlığında yerləşir.

ABŞ rəsmilərindən biri ötən həftə bildirmişdi ki, Vaşinqton 1 milyon barreldən çox müsadirə olunmuş İran neftini satıb.

ABŞ sanksiyaları İranın neft ixrac etməsinə qadağan qoyur.

Vaşinqton və Tehran arasında münasibətlər 2018-ci ildə ovaxtkı prezident Donald Tramp ABŞ-ı birtərəfli qaydada 2015-ci ilin nüvə sazişindən çıxardıqdan sonra korlanıb.

ABŞ-ın yeni prezidenti Co Bayden ölkəsinin 2015-ci ilə sazişinə qayıtmaq niyyətində olduğunu bəyan edib.

İran XİN-in sözçüsü deyib ki, belə bir hadisənin ABŞ-da yeni administrasiyanın hakimiyyətə gəldiyi bir vaxtda baş verməsi təəssüf doğurur.

XS
SM
MD
LG