Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:44

Azərbaycan 'avtoritar rejimlər' siyahısında


Bakıda müxalifətin 19 yanvar etiraz aksiyası, 2019-cu il
Bakıda müxalifətin 19 yanvar etiraz aksiyası, 2019-cu il

EIU dünya əhalisinin yarıya qədərinin – 49.4 faizinin müəyyən dərəcədə demokratiya, yalnız 8.4%-nin isə “tam demokratiya” şəraitində yaşadığını bildirir

“Economist Group”un araşdırıcı təhlil qurumu olan “Economist Intelligence Unit” (EIU) 2020-ci il üçün Demokratiya İndeksini açıqlayıb.

165 müstəqil ölkə və iki ərazini əhatələləyən indeks beş kateqoriyaya əsaslanır: seçki prosesi və pluralizm, mülki azadlıqlar, hökumətin funksiyası, siyasi iştiraklılıq və siyasi mədəniyyət. Hər bir ölkə bu kateqoriyalar çərçivəsində 60 indikator üzrə dəyərləndirilib və yığdıqları bala görə dörd tip rejimə bölünüb: tam demokratiya, qüsurlu demokratiya, hibrid rejim və avtoritar rejim.

Prezident öz nazirlərinə sözünü niyə AZTV vasitəsilə deyir?
Gözlə

No media source currently available

0:00 0:10:12 0:00

Əhalinin üçdə biri avtoritar idarəçilik şəraitində yaşayır

EIU dünya əhalisinin yarıya qədərinin – 49.4 faizinin müəyyən dərəcədə demokratiya, yalnız 8.4%-nin isə “tam demokratiya” şəraitində yaşadığını bildirir. Asiya ölkələrinin bəzilərində durum dəyişdiyindən son göstərici yaxşılaşıb, 2019-cu ildə 5.7% idi.

Dünya əhalisinin üçdə birindən çoxu isə avtoritar idarəçilikdə yaşayır, onun da böyük hissəsi Çinin payına düşür.

167 ölkənin 75-i, yaxud 44.9 faizi demokratiya hesab olunur. “Tam demokratiyalar”ın sayı 2019-cu ildə 22 olub, ötən il 23-ə yüksəlib. “Qüsurlu demokratiyalar” isə iki ölkə azalaraq 52-yə düşüb.

İndeksdə qalan 92 ölkənin 57-si “avtoritar rejimlər”dir, 2019-cu ildə 54 olub. 35 ölkə “hibrid” rejimdir, 2019-cu ildə sayı 37 idi.

İlk və son beşlik

İlk beşliyi Norveç, İslandiya, İsveç, Yeni Zelandiya, Kanada tutur.

Son beşlikdə (163-167) isə Çad, Suriya, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Şimali Koreya yer alıb.

Azərbaycan “avtoritar” rejimlər kateqoriyasına düşüb. Bu sıraya Rusiya, Qazaxıstan, Belarus, Əfqanıstan, İran, Özbəkistan, Tacikistan və Türkmənistan kimi ölkələr salınıb.

Azərbaycan hakimiyyəti isə ölkədə demokratiyanın vəziyyəti ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Gürcüstan, Ermənistan, Qırğızıstan, Ukrayna hibrid rejimlər kateqoriyasındadır.

Çexiya, Macarıstan qüsurlu demokratiya hesab olunub.

XS
SM
MD
LG