Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:04

Ruhani Baydeni nüvə sazişinə yenidən qoşulmağa çağırır


Həsən Ruhani
Həsən Ruhani

“Top ABŞ-ın həyətindədir. Vaşinqton İranla 2015-ci il sazişinə qayıdarsa, biz də saziş öhdəliklərimizə tam əməl edərik”, – Ruhani hökumətin televiziya ilə yayınlanan iclasında deyib

İran Prezidenti Həsən Ruhani yanvarın 20-də ABŞ-da prezident andı içəcək Co Baydeni Tehranın dünya gücləri ilə imzaladığı nüvə sazişinə qayıtmağa, İslam Respublikasına sanksiyaları ləğv etməyə çağırıb.

“Top ABŞ-ın həyətindədir. Vaşinqton İranla 2015-ci il sazişinə qayıdarsa, biz də saziş öhdəliklərimizə tam əməl edərik”, – Ruhani hökumətin televiziya ilə yayınlanan iclasında deyib.

2015-ci ildə nüvə sazişi imzalananda Bayden vitse-prezident idi.

Ruhani Trampın gedişindən məmundur

Üç il sonra, 2018-ci ildə Prezident Donald Tramp Vaşinqtonun sazişdən çıxdığını elan edib. O vaxtdan iki ölkə arasında gərginlik artır.

Tramp sazişin İranın raket proqramını əhatələmədiyini deyirdi.

Ruhani Trampın vəzifədən getməsindən məmnunluğunu bildirib, onu “tiran” adlandırıb.

“Tiranın erası başa çatır və bu gün onun məşum rəhbərliyinin son günüdür. Dörd il ona ədalətsizlik və korrupsiyada savayı heç nə vermədi, öz xalqına və dünyaya problemlər yaratdı”, – Ruhani deyib.

“ABŞ Prezidenti Donald Trampın siyasi karyerası bu gün başa çatır və İrana ‘maksimum təzyiq’ siyasəti tamamilə iflas etdi”, – o, sözlərinə əlavə edib.

ABŞ İranla “daha güclü” nüvə sazişi istəyir

Co Baydenin dövlət katibi vəzifəsində görmək istədiyi Entoni Blinken isə deyir ki, yeni administrasiya İranla “daha uzunmüddətli və güclü” nüvə sazişi əldə etməyə çalışacaq.

O, eyni zamanda Vaşinqtonun Tehranla yeni saziş əldə etməsinə “hələ çox qaldığını” da sözlərinə əlavə edib.

“Prezident vəzifə başına keçən kimi İranın hansı addımlar atacağını görəcəyik”, – Blinken yanvarın 19-da Senat komitəsində vəzifəyə təsdiqlənən zaman deyib.

Bayden özü daha öncə bildirib ki, Tehran sazişə əməl edərsə, o, Birləşmiş Ştatların 2015-ci il sazişinə yenidən qoşulmasını istərdi.

Vaşinqton sazişdən birtərəfli çıxandan sonra Tehran da öhdəliklərinin icrasını tədricən pozub.

XS
SM
MD
LG