Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:24

Tramp İrana xəbərdarlıq edir


Bağdadda ABŞ səfirliyi, arxiv fotosu
Bağdadda ABŞ səfirliyi, arxiv fotosu

Süleymaninin qətlinin ildönümü ərəfəsində İrana yönəlik güc nümayişi davam edir. Dekabrın 21-də 154 Tomahavk qanadlı raketinin olduğu ABŞ nüvə sualtı gəmisi Hörmüz Boğazını keçib

Prezident Donald Tramp İraqda ABŞ-ın hərbi və diplomatik korpusuna hər hansı hücumla bağlı xəbərdarlıq edib. Bundan bir neçə gün qabaq İranın dəstəklədiyi şübhəli İraq silahlıları ABŞ-ın Bağdaddakı səfirliyinı raketlər atıb. Səfirlik güclü mühafizə olunan Yaşıl Zonada yerləşir.

Prezident xəbərdarlığı dekabrın 23-də Twitter-də edib. Bundan öncə isə ABŞ-ın aparıcı milli təhlükəsizlik rəsmiləri bir araya gələrək ABŞ-ın İraqdakı maraqlarına hücumları dəf etməyin yollarını müzakirə ediblər.

Müdafiə naziri Kris Miller, Dövlət katibi Mayk Pompeo, Milli təhlükəsizlik müşaviri Robert O'Brayan Ağ evdə görüşüblər. Xəbəri “Reuters” agentliyi anonim rəsmiyə istinadla yayıb.

“Bircə amerikalı öldürülsə...”

Bir neçə həftəydi ABŞ rəsmiləri belə bir fikir səsləndirirdilər ki, İran, yaxud İraqdakı müttəfiq qüvvələri ABŞ-ın dron zərbəsinin bir illiyi münasibətilə cavab hücumları həyata keçirə bilər. Ötən il yanvarın 3-də ABŞ Bağdad yaxınlığına dron zərbəsi endirərək İranın aparıcı generallarından olan Qasım Süleymanini qətlə yetirib.

Bağdaddakı səfirliyə raket zərbələri dekabrın 20-də endirilib, səfirlik binasına yüngül ziyan dəyib.

“İraqda amerikalılara əlavə hücumların ola biləcəyi haqda eşidirik. İrana bir yaxşı dost məsləhəti verim: Bircə amerikalı öldürülsə, İran məsuliyyət daşıyacaq. Bunu düşünün”, – Tramp tvitində yazıb.

İranın Xarici İşlər Nazirliyi isə raket hücumunun arxasında bu ölkənin durduğunu inkar edir.

“Xaricdə vətəndaşlarınızı riskə atmaqla ölkənizdəki fəlakətlərdən diqqəti yayındıra bilməyəcəksiniz”, – Xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter-də yazıb.

XİN-in sözçüsü Səid Xətibzadə Trampın ittihamlarını “əsassız” adlandırıb, deyib ki, İran dəfələrlə diplomatik rezidensiyalara və yaşayış məskənlərinə hücumları pisləyib.

CENTCOM əmindir

ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) isə bəyanatında İraqdakı raket hücumunun “İranın dəstəklədiyi silahlı qrup” tərəfindən gerçəkləşdiyinə “demək olar əmin” olduqlarını vurğulayıb.

“Bu 21 raket hücumu ABŞ tərəfdə xəsarət, yaxud itkiylə nəticələnməsə də, səfirliyin binasına ziyan dəyib, itkiyə SƏBƏB OLMAMAQ niyyəti güdmədiyi aydındır”, – bəyanatda vurğulanır.

İraq ordusu 20 dekabr hücumundan sonra bildirmişdi ki, səfirlik və hökumət binalarının yerləşdiyi Yaşıl Zonaya “qadağan olunmuş qrup” raket atıb.

Raketlərin çoxu boş yaşayış kompleksinin və nəzarət məntəqəsinin yaxınlığına düşüb, bir iraqlı təhlükəsizlik əməkdaşı xəsarət alıb.

Süleymaninin qətlinin ildönümü ərəfəsində İrana yönəlik güc nümayişi davam edir. Dekabrın 21-də 154 Tomahavk qanadlı raketinin olduğu ABŞ nüvə sualtı gəmisi Hörmüz Boğazını keçib.

Tramp administrasiyası noyabrda elan elədi ki, yanvarın ortasınadək İraqdakı ABŞ əsgərlərinin sayı 3 mindən 2 min 500-ə salınacaq.

XS
SM
MD
LG