Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Rusiyada ‘göy tuman aksiyaları’ keçirilir


Vitali Manski
Vitali Manski

Dekabrın 21-də Navalnı rusiyalı agentlə 49 dəqiqəlik telefon söhbətini yayıb. Agent söhbət zamanı Federal Təhlükəsizlik Xidmətinin (FSB) hücumu necə həyata keçirdiyini faş edir

Dekabrın 22-də Moskvada və Rusiyanın bir sıra digər şəhərlərində müxalifətçi Aleksey Navalnıya dəstək piketləri davam edib. Siyasətçi bir gün öncə FSB-nin onun zəhərlənməsində iddia olunan iştirakıyla bağlı araşdırma yayıb.

Moskvada təkadamlıq piketlər FSB-nin Lubyankadakı binası qarşısında keçirilir. Bu gün sənədli filmlər rejissoru Vitali Manski saxlanıb. O, FSB-nin binası qarşısına əlində göy rəngdə alt tumanı ilə gəlib. Navalnının araşdırması onu məhz bu geyim vasitəsilə zəhərləməyə çalışdıqlarını üzə çıxarıb.

Manski Rusiya prezidentinin hakimiyyətə gəlişi haqda “Putinin şahidləri” sənədli filminin müəllifidir.

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 22-də deyib ki, Navalnının FSB-ni “gözdən salmaq” cəhdləri alınmayacaq. Peskovun sözlərinə görə, müxalifət lideri “təqibolunma maniyası”ndan əziyyət çəkir. "Böyüklük maniyasının təzahürlərini də müəyyən etmək mümkündür", - o deyib.

FSB isə Kudryavtsevlə söhbəti “provokasiya” və “uydurma” adlandırıb.

Artıq Navalnının göy tumanı rusdilli internetdə populyar memə, alt tumanı isə etirazın simvoluna çevrilib.

***

Rusiya AB rəsmilərinə sanksiyaları genişləndirir

Rusiya bildirir ki, müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Rusiya məmurlarına səyahət qadağalarına cavab olaraq Avropa Birliyi rəsmilərinə sanksiya siyahısını genişləndirib.

Xarici İşlər Nazirliyi dekabrın 22-də yaydığı bəyanatda qeyd edir ki, AB üzvü olan ölkələrin və qurumların təmsilçilərinin siyahısını genişləndirmək qərarına gəlib, hədəfə alınanlar “Avropa Birliyi çərçivəsində Rusiyaya qarşı sanksiyalar ideyasını təbliğ etməyə görə məsuliyyət daşıyır”.

Diplomatlara informasiya verilib

Nazirlik adları açıqlamayıb, ancaq Almaniya, Fransa və İsveçin diplomatik missiyalarının, həmçinin AB-nin Moskvadakı nümayəndə heyəti başçılarını dəvət edərək onlara qərarla bağlı informasiya verildiyini bildirib.

Navalni avqustda Rusiyada təyyarədə huşunu itirib, sonradan müalicə üçün Almaniyaya aparılıb.

Almaniya, Fransa və İsveçin laboratoriyaları onun Noviçok sinir qazıyla zəhərlənməsi qənaətinə gəliblər.

Oktyabrın ortasında AB və Britaniya “sui-qəsd cəhdinə görə” Rusiyanın altı aparıcı rəsmisi və dövlət elmi tədqiqat mərkəzinin aktivlərini dondurub, səyahət qadağaları qoyub.

Agent nələri açıb tökdü

Dekabrın 21-də Navalnı rusiyalı agentlə 49 dəqiqəlik telefon söhbətini yayıb. Agent söhbət zamanı Federal Təhlükəsizlik Xidmətinin (FSB) hücumu necə həyata keçirdiyini faş edir.

Özünü yüksək çinli təhlükəsizlik zabiti kimi təqdim edən Navalnı agent Konstantin Kudryavtsevdən bu etirafı ala bilib.

Danışığın FSB-nin telefon xəttindən gəldiyini göstərmək üçün xüsusi proqramdan istifadə olunub. Kudryavtsev etiraf edib ki, Rusiya təhlükəsizlik əməkdaşları Noviçoku Navalnının alt paltarına yerləşdirib, Tomskdan Moskvaya uçarkən onu öldürəcəyini düşünüblər.

Navalnı özünü pis hiss edəndən sonra təyyarə Omska təcili eniş edib. O, bir neçə gün Omskda qalandan sonra Berlinə aparılıb. Almaniyalı həkimlər onun sinir qazıyla zəhərlənməsi qənaətinə gəliblər.

Müxalifətçi hələ də Almaniyada müalicə olunur.

XS
SM
MD
LG