Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Zamirə Hacıyeva məhkəməni uduzdu


Londonda Zamirə Hacıyevanın bu ünvanda yaşadığı bildirilir
Londonda Zamirə Hacıyevanın bu ünvanda yaşadığı bildirilir

Hansısa pozuntuya yol vermədiyini deyən Hacıyeva bundan öncəki məhkəmə instansiyalarının orderi ləğv etməsinə nail olmamışdı

Azərbaycanda həbsdə olan bankirin həyat yoldaşı pulunun mənbəyini açıqlamaqla bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətini uduzub. Söhbət on il ərzində Londondakı Harrods ticarət mərkəzində 16 milyon funt sterlinqdən (21.3 milyon dollar) çox pul xərcləmiş Zamirə Hacıyevadan gedir. Onun həyat yoldaşı Cahangir Hacıyev Azərbaycanda həbsdədir.

Böyük Britaniya Ali Məhkəməsi dekabrın 21-də bildirib ki, Hacıyevanın Britaniya Milli Cinayətkarlıq Agentliyinin (MCA) ona qarşı qaldırdığı İzaholunmaz Sərvət Orderindən (İSO) şikayətini rədd edib.

İndi Hacıyeva sərvətinin mənbəyini izah edə bilməsə, Londonun mərkəzindəki dəbdəbəli evini, Berkşirdə ayrıca qolf meydançasını itirə bilər.

“İndi ondan tələb olunacaq ki...”

2018-ci ilin fevralında məhkəmə çəkişməsi başlananda bütün bu əmlakın 22 milyon funt-sterlinqdən çox (29.2 milyon dollar) dəyəri olduğu bildirilirdi.

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev vəzifə saxtakarlığı və mənimsəmə ittihamları ilə 16 il 6 ay həbs cəzasına məhkum edilib.

Ali Məhkəmə bildirib ki, Hacıyevanın iddiası qanuni maddələrlə arqumentləşdirilməyib.

Onun məhkəmələri iddia qaldıraraq deyiblər ki, MCA onu qanunsuz olaraq hədəfə alıb.

“Bu, İzaholunmaz Sərvət Orderlərini (İSO) maliyyə təhqiqatlarında güclü alətə çevirmək üçün əhəmiyyət daşıyan vacib nəticədir”, – MCA-nın Milli İqtisadi Cinayətkarlıq Mərkəzinin Baş direktoru Qraem Biqar deyib.

“Xanım Hacıyevanın orderdən şikayət verməsi üçün başqa yol qalmayıb. İndi ondan tələb olunacaq ki, bu sərvətlə bağlı istədiyimiz informasiyanı MCA-ya təqdim etsin”, – o, sözlərinə əlavə edib.

Hacıyeva sözügedən orderlərin təsirini məruz qalan ilk şəxs olub. İSO-lar 2018-ci ildə “MakMafiya” qanunları çərçivəsində qüvvəyə minib.

35 kredit kartıyla 16 milyon funt sterlinq xərcləyib

Hansısa pozuntuya yol vermədiyini deyən Hacıyeva bundan öncəki məhkəmə instansiyalarının orderi ləğv etməsinə nail olmamışdı.

2018-ci ildə məhkəmədə üzə çıxan informasiyaya görə, Hacıyeva 2006- 2016-cı illərdə təkcə Harrods-da ərinin bankının verdiyi 35 kredit kartıyla 16 milyon funt sterlinqdən çox pul xərcləyib.

Məhkəmədə cütlüyün Naytsbricdə evə, Londonun kənarında qolf meydançasına və bir sıra digər mülklərə sahib olduğu üzə çıxmışdı.


2015-ci il dekabrın 4-dən həbsdə olan Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib. O, CM-in 179 (mənimsəmə və ya israf), 313 (vəzifə saxtakarlığı), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittiham olunub.

Amma özünü təqsirli bilmir. O, Beynəlxalq Bankdan kredit kimi götürülən vəsaitlərin layihələrə xərcləndiyini, əldə olunan gəlirlərdən kreditlərin ödənildiyini bildirir. Onun sözlərinə görə, kreditlər hesabına yaradılan işlək müəssisələr onun həbsindən sonra ələ keçirilib. Lakin onları nə satıb tam məbləği bağlayırlar, nə də əldə olunan vəsaitlərdən kreditləri ödəyirlər.

XS
SM
MD
LG