Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:33

Ermənistan Krım qətnaməsinin əleyhinə səs verib


Krım, arxiv fotosu
Krım, arxiv fotosu

Hüquqi qüvvəsi olmayan qətnamədə “işğalçı dövlət olan Rusiya Federasiyası Krımdan hərbi qüvvələrini dərhal, tamamilə və qeyd-şərtsiz çəkməyə, Ukrayna ərazisinin müvəqqəti işğalını yubanmadan bitirməyə” çağırılır

BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək Rusiyanı Krımın “müvəqqəti işğalı”na son qoymağa, Ukraynaya silah transferini dərhal dayandırmağa çağırıb.

Hüquqi qüvvəsi olmayan qətnamədə “işğalçı dövlət olan Rusiya Federasiyası Krımdan hərbi qüvvələrini dərhal, tamamilə və qeyd-şərtsiz çəkməyə, Ukrayna ərazisinin müvəqqəti işğalını yubanmadan bitirməyə” çağırılır.

Azərbaycan səsverməyə qatılmayıb

Həmçinin qeyd olunur ki, Rusiya “Ukrayna ərazisinə” müasir silah sistemləri – nüvə qabiliyyətli təyyarə və raketlər, silah sursat, hərbi heyət transferini dayandırmalıdır.

Qətnamə dekabrın 7-də 63 ölkənin dəstəyi ilə qəbul olunub. On yeddi ölkə onun əleyhinə səs verib. 62 ölkə səsvermədə bitərəf qalıb.

Azərbaycan səsverməyə qatılmayan ölkələr sırasındadır.

Qətnaməni Britaniya, Fransa, Almaniya, Birləşmiş Ştatlar, Avstraliya, Kanada, Türkiyə və Baltik ölkələri daxil olmaqla 40 ölkə irəli sürüb.

Sənədə qarşı səs verənlər isə Rusiya, Ermənistan, Belarus, Kamboca, Çin, Kuba, Şimali Koreya, İran, Qırğızıstan, Laos, Myanma, Nikaraqua, Serbiya, Sudan, Suriya, Venesuela və Zimbabve olub.

Birinci qətnamə deyil

İndiyədək Baş Assambleya Rusiyanın Krım yarımadasında hərbi qüvvələrini gücləndirməsilə bağlı bir neçə qətnamə qəbul edib. Bir il öncə qəbul olunmuş qətnamə isə Krımda insan haqlarının müdafiəsi haqda idi.

Ukrayna Xarici işlər nazirinin Birinci müavini Emine Jepar Baş Assambleyanın virtual iclasında çıxışında Krımın hərbləşdirilməsindən danışıb, bunun yaratdığı “ciddi təhdidlər”ə toxunub.

Moskva Ukraynanın Krım yarımadasını 2014-cü ilin martında ilhaq edib. Avropa Birliyi, Birləşmiş Ştatlar, digər ölkələr bundan sonra Rusiyaya sanksiyalar tətbiq edib. Rusiya Ukraynanın şərqindəki separatçıları da dəstəkləyir. Bu münaqişədə 13 min 200-dən çox insan həlak olub.

Münaqişədən dolayı Rusiya və Qərb ölkələri arasında gərginlik davam edir.

ABŞ Dövlət katibinin müavini Stiven Biqun ötən həftə ATƏT-in iclasında Rusiyanın qurum üzvlərinin suverenliyi və ərazi bütövlüyünü pozduğunu deyib.

“ATƏT ərazisində suverenlik və ərazi bütövlüyünün ən kobud pozuntusu Ukraynanın şərqinə Rusiyanın təcavüzünün qalması və Krımın işğalıdır”, – Biqun deyib.

XS
SM
MD
LG