Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 22:35

Almaniyada qismən karantin elan olundu


İspaniya həftəsonu etirazlarından sonra
İspaniya həftəsonu etirazlarından sonra

Avropada ümumi yoluxma sayı 10 milyonu keçib

Noyabrın 2-dən Almaniyada bir aylıq qismən karantin elan olunub. Avropanın digər ölkələrində isə koronavirusa yoluxma və ölüm hallarını məhdudlaşdırmaqdan ötrü yeni qadağalar tətbiq edilir.

Avropada ümumi yoluxma sayı 10 milyonu keçib. ABŞ-ın aparıcı infeksionisti Entonu Fauçi həftəsonu xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar amansız qışa hazır olmalıdır.

“Bizi çoxlu problemlər gözləyir”, – Fauçi “Washington Post” qəzetinə deyib.

3 noyabr prezident seçkisi öncəsi Prezident Donald Tramp amerikalıları inandırmağa çalışır ki, ABŞ virusu “küncə sıxışdırıb”. Ancaq artıq ölkədə üçüncü dalğanın əlamətləri görünür.

Koronavirusdan 231 minə yaxın ölüm halının qeydə alındığı Birləşmiş Ştatlarda 7 günlük orta yoluxma dərəcəsi 87 mindir.

Avropa

Avropada sürətlə artan yoluxmalar xəstəxanalara təzyiqi artırır, yeni məhdudiyyətlər tətbiq olunur.

Oktyabrın 30-dan Fransanın 65 milyonluq əhalisinin böyük hissəsinə əsasən evdə qalmaq göstərişi verilib.

Artıq Avropada günə 240 mindən çox yoluxma təsdiqlənir.

Noyabrın 2-dən Belçika da karantinə keçir. Bu həftənin sonuna Portuqaliya, Yunanıstan və Avstriyada qismən karantin tətbiq olunacağı gözlənir.

Britaniyada noyabrın 5-dən karantin bir ay müddətinə, ancaq daha yüngül formada tətbiq olunacaq.

İtaliya, İspaniya və Polşa da qadağaları sərtləşdirən ölkələr sırasındadır. İtaliya və İspaniyada ötən həftə qadağalara etirazlar da keçirilib.

Dünya Səhiyyə Təşkilatının (DST) başçısı Tedros Adhanom Ghebreyesus deyib ki, təmasda olduğu bir nəfərdə COVID-19 aşkarlandığından o, özünütəcridə keçir.

Dünyada yeni koronavirusa 46 milyondan çox insan yoluxub, onlardan 1.2 milyon nəfəri vəfat edib.

XS
SM
MD
LG