Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:46

Neftdən asılılığa bunlar səbəb göstərilir...


Neft mancanağı, arxiv foto
Neft mancanağı, arxiv foto

Maliyyə Nazirliyi bu bu yaxınlarda 2021-ci il üzrə dövlət büdcəsi layihəsini yaydı. Proqnozlarda gəlirlər 24 milyard 327 milyon manat nəzərdə tutulur. Bunun 57,3 faizi (13 milyard 950,0 milyon manatı) neft sektorunun, 42,7 faizi (10 milyard 377,0 milyon manatı) qeyri-neft sektorunun payına düşür.

2020-ci ilin birinci rübünün nəticələrinə əsasən, ixrac strukturunda əsas həcm neft-qaz sektorunun məhsullarının payına düşüb (89,8 faiz). Sırf neftin payı isə 83,74 faiz təşkil edib. Halbuki, son 5 ildə ( xususilə də 2015-2016-cı illərdə, neftin qiyməti kəskin ucuzlaşandan sonra) Azərbaycan rəsmiləri qeyri-neft sektorunun inkişafını əsas məqsəd kimi təqdim edirdilər. Belədə isə ixracın neft və qazdan asılılığının dəyişmədiyi görünür. Üstəlik, bəzi ekspertlər bir sıra məqamlara da diqqət çəkirlər.

Onlar vurğulayırlar ki, ölkədə neft hasilatı ildən-ilə aşağı düşür, neftin qiymətində dalğalanmalar olur. Bu mənzərənin səbəblərini, hələlik, hökumət rəsmilərindən soruşmaq mümkün olmayıb.

“Bəzu zavodar, fabriklər açıldı, amma...”

Razi Nurullayev, 2010
Razi Nurullayev, 2010

Amma deputat Razi Nurullayev mövzu ilə bağlı “ Turan” agentliyinə deyib ki, Azərbaycanda qeyri-neft sektorunun yetərincə inkişaf edə bilməməsinin bir səbəbi bu sahə ilə cəmi 3-4 il məşğul olunmasıdır:

“3-4 ildir ki, bir sıra tədbirlər görülür, proqram və strategiyalar qəbul edilir. Son illərdə bu barədə daha çox danışılsa da bu müddət ərzində qarşıya qoyulan məqsədlərə çatıla bilinmədi. Bəzu zavodar, fabriklər açıldı, amma bütün bunlar qeyri-neft sektorunun inkişafı üçün əsaslı rol oynaya bilmədi”.

“COVİD-19 pandmeiyası da...”

Onun fikrincə, COVİD-19 pandemiyası da bu sahəyə təsirini göstərib, virus geniş yayılmasın deyə, işləyən müəssisələr də dayandırılıb. Deputatın da əlavə etməsinə görə, hazırda Azərbaycan qeyri-neft sektoru o gücdə deyil ki, neft gəlirlərini üstələsin.

Natiq Cəfərli, arxiv foto
Natiq Cəfərli, arxiv foto

“Aqrar sahədə neftdən gələn gəlirləri əvəz etmək üçün...”

İqtisadçı Natiq Cəfərli isə Azadlıq Radiosuna deyib ki, qeyri-neft sektorunun inkişaf edə bilməməsinin obtektiv və subyektiv səbəbləri var. O, vurğulayıb ki, qeyri-neft sektorunun aqrar, turizm, İnformasiya Kommunikasiya Texologiyaları və s. sahələri üzrə bir neçə proqramlar qəbul olunub. İqtisadçının fikrincə, məsələnin obyektiv səbəbi odur ki, ölkənin aqrar sahsinin əhatəsi, istehsal gücü o qədər yüksək deyil ki, həm daxili istehlakı tam ödəsin, həm də ixracda artım yaransın:

“Aqrar sahədə neftdən gələn gəlirləri əvəz etmək üçün Azərbaycan gərək indikindən 20 dəfə artıq aqrar sahənun məhsullarını ixrac eləsin. Bu mümkün deyil. Torpaq sahəsi, suvarma imkanları, bu qədər sürətli inkişafa imkan vermir”.

““Rəqabət Məcəlləsi” 12 ildir qəbul edilmir”

Azərbaycan parlamenti, arxiv foto
Azərbaycan parlamenti, arxiv foto

İqtisadçının deməsinə görə, subyektiv səbəblər isə inhisarçılıqda, məmur biznesində və rəqabətə yaranan problemlərdədər:

““Rəqabət Məcəlləsi” 2008-ci ildə ilk oxunuşdan keçsə də 12 ildir qəbul edilmir...”

Onun deməsinə görə, məhkəmələrlə bağlı problem var, ədalətli məhkəmə sistemi olmadan iqtisadiyyatda rəqabətli mühit yaratmaq mümkün deyil. İqtisadçıya görə, daha bir məsələ də investisiya problemidir.

Xatırlatma

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat proqnozlaşdırılır. Orada neftin bir barelinin qiyməti 35 ABŞ dollara bərabər götürülüb. 2021-ci ildə dövlət büdcəsinin xərcləri isə 25 847,5 mln. manat proqnozlaşdırılır. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 124 000,0 min, xərcləri isə 27 492 200,0 min manat təsdiq edilib. Büdcədə neftin bir bareli də 35 dollar götürülüb. Bu ilin büdcəsində əslində dəyişiklik edilib.Əvvəlcə orada neftin bir bareli 55 dollar götürülmüşdü. Sonradan büdcəyə dəyişiklik edildi. Əvvəlki sənəddə gəlirlər 24 milyard 134,5 milyon, xərclər isə 26 milyard 894,7 milyon manat təsdiq edilmişdi. Hökumət büdcəyə dəyişklikləri koronavirus pandemiyası ilə bağlı xərclərin artması və neftin ucuzlaşması ilə izah etmişdi. Dəyişiklik nəticəsində Neft Fondundan transfertin həcimi artdı.

XS
SM
MD
LG