Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:28

'Nexta' nın redaktoru Belarus və Rusiyada axtarışa verilib


Belaruslu jurnalist, bloger Stepan Putilo, 2 fevral 2020
Belaruslu jurnalist, bloger Stepan Putilo, 2 fevral 2020

Rusiya hüquq mühafizə orqanları "Nexta" teleqram kanalının yaradıcısı Stepan Putilo haqqında axtraış elan ediblər.

"Kommersant"ın yaydığı məlumata görə, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yerləşdirilib.

Bu arada məlum olub ki, avqustun 14-də blogerə qarşı Belarusda da cinayət işi açılıb. O, ölkədə kütləvi iğtişaşların təşkilində ittiham edilir.

"Nexta" layihəsi 2015-ci ildə Youtube kanalı kimi fəaliyyətə başlayıb və iki il sonra bloger hazırladığı matrealları "Nexta" teleqram kanalında da yaymağa başlayıb.

Hər iki kanalın yaradıcısı və redaktoru Stepan Putila hazırda Polşada yaşayır. Belarusda aksiya zamanı OMON və polisin dinc etirazçılara qarşı zorakılıqları göstərən videolar əsasən "Nexta" kanalında yayılıb.

Avqustun 15-də məlum olub ki, blogerdən başqa prezidentliyə namizəd kimi qeydiyyata alınmayan Valeri Chepkalo haqqında da Rusiyada axtarış elan edilib. "Kommersant" Belarus siyasətçisinin rüşvətalmada ittiham olduğunu yazır.

Chepkalo "RİA Novosti"-yə müsahibəsində deyib ki, onun adı Rusiya məlumat bazasındadır və o, Rusiyaya getməyə hazırlaşmır. O həm də Belarusla Rusiyanın vahid məlumat bazasına malik olduğunu vurğulayıb.

Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra seçki saxtakarlığına etiraz olaraq insanlar küçələrə çıxıb. Hüquq mühafizə orqanları aksiyanın qarşsısını sərt şəkildə almağa çalışıb. Bu zaman bir nəfər həlak olub, minlərlə adam həbs olunub, işgəncələrə məruz qalıb.

Belarus prezidenti Lukashenkonun seçkidəki əsas rəqibi ölkəni tərk etmək məcburiyyətində qalıb. Aksiyalar hələ də davam etməkdədir. Avqustun 15-də Minskidə etirazçılar həlak olan 34 yaşlı aksiyaçı ilə vidalaşıblar.

Hazırda aksiyaçılarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında ilk 3 gündə baş verən gərginlik, qarşıdurma müşahidə olunmur. Amma adamlar yenə də bütün həbs olunanların sərbəst buraxılmasını, zorakılıqda, işgəncələrdə iştirak edənlərin cəazlandırılmasını və Lukaşenkonun istefasını tələb edirlər.

XS
SM
MD
LG