Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:52

Ekspertlər Rusiya vaksininə şübhə edirlər


Rusiyada hazırlanan vaksin
Rusiyada hazırlanan vaksin

Dünya Səhiyyə Təşkilatı (DST) və bir çox ölkələrin təmsilçiləri prezident Vladimir Putinin Rusiyada dünyanın ilk COVID-19 vaksininin qeydə alındığına dair bəyanatına münasibət bildiriblər.

DST-nin nümayəndəsi Tariq Yasarevich deyib ki, onun təşkilatı Rusiyada Gamaley adına institutun hazırladığı koronavirus vaksini barədə məlumatları Rusiya Səhiyyə Nazirliyindən alıb.

O vurğulayıb ki, DST hər hansı vaksindən istifadəni tövsiyə etməzdən əvvəl, bu preparat təhlükəsizlyini və səmərəliliyini isbat edən ciddi təcrübədən keçməlidir.

Məlumdur ki, Rusiyanın “Sputnik V” adlı vaksini tələb olunan bütün kliniki sınaq fazalarından keçməyib.

Rusiya vaksininin üçüncü fazası artıq vaksin qeydiyyatdan keçdikdən sonra aparılacaq.

“Məsuliyyətsiz və axmaq qərar”

Rusiyanın elmi-tədqiqat təşkilatlarını və əczaçılıq şirkətlərini birləşdirən klinik sınaq müəssisələrinin assosiasiyası Sputnik V vaksininin dövlət qeydiyyatının sınaqların üçüncü fazasından sonraya saxlanmasına çağırıb.

Təşkilatın bəyanatında deyilir:

"Sürətləndirilmiş qeydiyyat onsuz da Rusiyanı bu yarışın lideri etməyəcək, vaksin istifadəçilərinin, yəni Rusiya Federasiyası vətəndaşlarının həyatını isə lüzumsuz təhlükəyə məruz qoyacaq”.

Lakin Rusiyada səhiyyə sahəsinə baxan dövlət qurumu – Roszdravnadzor bu təklifi dəstəkləməyib.

Bu arada Qərb xəbər agentlikləri bir sıra ekspertlərin Rusiya vaksininə münasibətini dərc ediblər.

Onlar vaksinin qeydiyyatdan keçirilməsinə müsbət yanaşımırlar.

London Universitetinin professoru Francois Balloux AFP agentliyinə deyib: "Bu çox məsuliyyətsiz və axmaq qərardır”.

Almaniya Federal Həkim Palatasının sədri Klaus Reinhardt Rusiyanın hərəkətini tənqid edib:

“Hesab edirəm ki, vaksinin üçüncü, həlledici sınaq fazasından keçmədən qəbulu – adamlar üzərində riskli eksperiment deməkdir”.

Əsas vaksini birinci hazırlamaq deyil

ABŞ-ın səhiyyə naziri Alex Azar Rusiyada vaksinin qeydiyyatı barədə xəbərə şərh verərkən deyib ki, vaksinin təhlükəsizlyi əsas kriteriyadır və məhz buna görə də preparat kliniki sınaqların bütün mərhələlərindən keçməlidir:

"Başlıcası vaksini birinci hazırlamaq deyil, təhlükəsiz və effektli vaksin hazırlamaqdır”.

ABŞ-da hazırda bir neçə vaksin üzərində iş gedir. Onlardan bəzilərinin sınağı elə bu il başa çata bilər.

Almaniya Səhiyyə Nazirliyi bildirib ki, Rusiya vaksininin təhlükəsizliyi, effektliyi və keyfiyyəti barədə heç nə məlum deyil.

Gamaley adına institutun hazırladığı vaksinin dünyada qeydiyyatdan keçən birinci vaksin olacağına dair bəyanatı Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı Kirill Dmitriyev vermişdi. Bu fond vaksin üzərində işin maliyyələşdirilməsində iştirak edib.

Bu vaksini Rusiyanın ilk kosmik peyki ilə də Dmitiyev müqayisə etmişdi. Vaksinə Sputnik V (rusca peyk) adının verilməsi də ehtimalən bununla bağlıdır.

Rusiya COVID-19 vaksinini 'qeydyyatdan keçirib'

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin dünyada ilk olaraq COVID-19 vaksini qeydiyyatdan keçirdiyini bildirir. “Reuters” vaksinin insan üzərində iki aydan da az müddət ərzində testdən keçirildikdən sonra bu addımın atıldığını yazır.

Vaksinin klinik sınaqlarının yekun mərhələdə olmasına baxmayaraq, ölkə əhalisinin kütləvi peyvəndlənməsinə yol açıldığı bildirilir.

Qızlarından biri vurdurub

Putin hökumətin iclasında deyib ki, Moskvanın Gamaleya İnstitutunun hazırladığı vaksin təhlükəsizdir və qızlarından biri onu vurdurub.

“Onun effektiv olduğunu, güclü immunitet yaratdığını bilirəm, təkrar edirəm ki, bütün gərəkən yoxlamaları keçib”, – deyən Putin ümidini bildirib ki, tezliklə vaksinin kütləvi istehsalına başlanacaq.

“Reuters” yazır ki, Rusiyanın vaksini tezliklə işə salmağa yönəlik sürəti onun bu qlobal yarışmada qalib olmaq niyyətini göstərir. Bu addım dövlətin prestijinin elm və təhlükəsizlikdən önə çəkilməsi sarıdan narahatlıq yaradıb.

Vaksinin səhiyyə nazirliyi tərəfindən təsdiqlənməsi onun minlərlə iştirakçı üzərində sınağının başlanması deməkdir. Bu zaman peyvəndin effektini öyrənməkdən ötrü virus tutmuş şəxslər də seçilir.

Rusiyada koronavirusa 860 minədək yoluxma təsdiqlənib, 14 min 300-dən çox xəstə vəfat edib.

Dünya üzrə mütəxəssislər bildirirlər ki, COVID-19 vaksinlərini əldə etməyə tələsmək onun təhlükəsizliyinə zərbə vurmur. Ancaq son rəy sorğularına görə, ictimaiyyət hökumətlərin vaksini tezliklə əldə etmək cəhdlərinə inamsız yanaşırlar.

Azı 4 peyvənd 3-cü mərhələdədir

“Reuters” bu ay mənbəyə istinadla yazırdı ki, səhiyyə işçilərinə vaksini könüllü vurdurmaq təklif olunacaq.

Dünyada COVID-19 pandemiyasına qarşı 100-dan artıq potensial vaksin hazırlanır. Onlardan azı dördü hazırda 3-cü mərhələdə insan üzərində sınaqdan çıxarılır.

Gamaleya İnstitutu vaksini hərbçilərlə birlikdə hazırlayır. Rusiya hakim orqanları əmin edirlər ki, onu iki mərhələdə könüllülər üzərində sınaqdan çıxarıblar. Ancaq Dünya Səhiyyə Təşkilatı (DST) bildirir ki, sınaq mərhələlərinin sayı 3 olmalıdır.

Rusiyalı mütəxəssis Georgiy Bazıkin-in fikrincə, üçüncü sınaq mərhələsi həmişə çox uzun olur:

“Çünki əvvəlcə adamları peyvənd etmək lazımdı, sonra onların koronavirusa yoluxduğunu, bu müddət ərzində peyvəndin onlara köməyi dəyib-dəymədiyinə baxmaq lazımdı. Bu səbəbdən bunu böyük qruplar üzərində həyata keçirmək lazımdır”.

Qərbin mövqeyi

CNN bir müddət öncə yazırdı ki, “Rusiya vaksin sınaqları haqda heç bir elmi məlumat dərc etməyib”. “Tənqidçilərin fikrincə, bu məsələdə tələskənlik Kremlin təzyiqi fonunda baş verir, o, Rusiyanı qlobal elmi qüvvə kimi göstərməyə can atır”, – telekanal qeyd edir.

Rusiya Birbaşa İnvestisiya Fondunun Baş direktoru Kirill Dmitriyev Rusiyanın vaksin üzərində işini keçmiş Sovet İttifaqında 1957-ci ildə Yerin ilk süni peykinin buraxılmasıyla müqayisə edib. “Amerikalıların peykin siqnalını eşidəndə təəccüblənmişdilər. Vaksinlə də belə olacaq. Rusiyada bunda birinci olacaq”, – Dmitriyev CNN-ə deyib.

Dünyada 35-dən artıq laboratoriya koronavirusa qarşı vaksin üzərində işləyir. Oksford alimləri daha çox irəli gediblər. Onlar artıq vaksini könüllülər üzərində sınayırlar. ABŞ-da 3 şirkət də klinik sınaqlar aparır.

Britaniya, ABŞ və Kanada iyulun 16-da belə bir məlumat yaydılar ki, Rusiya hakimiyyətinin dəstəklədiyi hakerlər koronavirus vaksini və onun müalicəsinə dair beynəlxalq elmi və farmaseptik araşdırmaları oğurlamağa cəhd ediblər.

XS
SM
MD
LG