Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:40

Pompeo Çinlə işləyən şirkətlərə xəbərdarlıq edir


Çində uyğurlar, arxiv fotosu
Çində uyğurlar, arxiv fotosu

Pompeo deyib ki, iyulun 31-də ABŞ Xəzinədarlığının sanksiya tətbiq etdiyi Sintzyan İstehsal və Tikinti Korporasiyasının (XPCC) ABŞ şirkətləri daxil olmaqla Qərb biznesinə “dərin bağlılığı” var

ABŞ Dövlət katibi Mike Pompeo deyir ki, Amerika şirkətləri Çinin Sintzyan (Sincan) vilayətində insan haqları pozuntularından “xəbərdar olurlar”. Pompeo şirkətləri Çində biznes fəaliyyətinə yenidən baxmağa çağırıb.

Avqustun 2-də “Fox News”a 13 dəqiqəlik müsahibəsində dövlət katibi deyib ki, ABŞ tezliklə Çinin proqram təminatı şirkətlərinə qarşı tədbir görəcək. Onun sözlərimə görə, Çinin İranla ticarət sazişi Yaxın Şərqdə “sabitsizlik” yaradar.

Pompeo deyib ki, iyulun 31-də ABŞ Xəzinədarlığının sanksiya tətbiq etdiyi Sintzyan İstehsal və Tikinti Korporasiyasının (XPCC) ABŞ şirkətləri daxil olmaqla Qərb biznesinə “dərin bağlılığı” var.

Şirkətlərin Çindən aldığı pambıq...

“Məncə, bəziləri Amerikada brend adlar sayıla şirkətlər orada baş verənlərlə əlaqələndirilmək istəməzlər”, – o, “Fox”a deyib.

XPCC-yə qarşı sanksiyalarda şirkətin ABŞ-dakı aktivləri dondurulur, amerikalıların onunla iş görməsi qadağan olunur. Pompeo-nun sözlərinə görə, XPCC pambıq istehsalı ilə məşğuldur və Amerikanın geyim brendləri Çində bu pambıqdan alırlar.

Çin 2017-ci ildən bəri Sintzyanda konsentrasiya düşərgələrində 1 milyondan çox uyğuru və digər müsəlman etnik azlığı yerləşdirməsinə görə tənqid olunur. Pekin bunları “islah düşərgələri” adlandırır.

Pompeo Çin Kommunist Partiyasını uyğurlara qarşı “dəhşətli şeylər” etməkdə, sterilizasiya, məcburi abortlar həyata keçirməkdə suçlayıb.

Onun sözlərinə görə, Amerika şirkətləri Sintzyanda baş verənlərdən, “bunların onların brendinə yaratdığı təhlükə”dən “getdikcə daha çox agah olur”.

Dövlət katibi deyib ki, Sintzyanda fəaliyyət göstərən Çin şirkətlərinə son sanksiyalar onların davranışını dəyişdirməli olması haqda “xəbərdarlıq”dır.

Bu arada Birləşmiş Ştatlarla Çinin münasibətləri xeyli pisləşib. Buna insan haqları pozuntuları, casusluq və əqli mülkiyyət oğurluğu, Pekinin koronavirus pandemiyasına reaksiyası kimi məsələlər səbəb olub.

Çinin İrana daxil olması...

Pompeo “Fox News”a deyib ki, Prezident Donald Trump “bir neçə günə” birbaşa Pekin hökumətinə data ötürən Çin proqram təminatı şirkətlərinə qarşı hərəkətə keçəcək. Dövlət katibi bu hökumətin ABŞ milli təhlükəsizliyinə risk yaratdığını söyləyib.

O, tədbirlər barədə detallı danışmayıb.

Trump iyulun 31-də deyirdi ki, şənbə günündən TikTok populyar sosial media platformasının Birləşmiş Ştatlarda qadağan olunmasına göstəriş verəcək.

Pompeo Pekin və Tehranın 400 milyard dollarlıq iqtisadi və təhlükəsizlik sazişi bağlamaq üzrə olması məlumatlarını da təkzib edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların İrana sanksiyaları Çin dövlət şirkətlərinə də tətbiq olunacaq. Dövlət katibi xəbərdarlıq edib ki, Tehranın pul və silaha çıxışı regiona “yalnız risk yaradır”.

“Məncə, Yaxın Şərq ölkələri bunun nəyə xidmət etdiyini anlamalıdırlar. Çinin İrana daxil olması Yaxın Şərqdə sabitsizlik yaradar”, – o vurğulayıb.

XS
SM
MD
LG