Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:37

Koronavirusa yoluxmalar 18 milyonu keçdi


Berlində koronavirus qadağalarına etiraz
Berlində koronavirus qadağalarına etiraz

Ağ evin koronavirusla mübarizə üzrə işçi qrupunun koordinatoru deyir ki, Birləşmiş Ştatlar yoluxmaların “yeni mərhələsi”ndədir

Almaniyada dərslər başlanır

Avqustun 3-də Almaniyanın şimalındakı Meklenburq- Vorpommern vilayətində onminlərlə şagird yay tətili bitincə məktəbə qayıdıb. Bu, ölkənin 16 ştatında məktəbləri açan ilk vilayətdir. Ölkə üzrə tədris ocaqları martın ortasından koronavirus pandemiyası səbəbindən bağlanıb.

Səhiyyə naziri Jens Spahn həftəsonundan başlayaraq COVID-19 riski böyük olan ölkələrdən Almaniyaya qayıdan səyahətçilər üçün məcburi test elan edib.

Fransada açıq məkanlarda maska taxmaqla bağlı qaydalar sərtləşdirilib.

Avstraliyanın ən çox əhali yaşayan Viktoriya ştatında altı həftəlik gecə karantini elan edilib.

***

Kosovonun Baş naziri Avdullah Hoti-nin COVID-19 testi pozitiv çıxıb. Avdullah avqustun 2-də deyirdi ki, yüngül öskürəyi var, COVID-19-la bağlı digər simptomları müşahidə eləmir.

“Bu gecədən iki həftə ərzində təcrid olunuram. Öhdəliklərimi evdən yerinə yetirəcəyəm”, – o, Facebook səhifəsində yazıb.

İndiyədək Britaniyanın Baş naziri Boris Johnson, Braziliya Prezidenti Jair Bolsonaro, Monako Şahzadəsi II Albert yeni koronavirusa yoluxub.

Avdullah Hoti
Avdullah Hoti

Dünyada COVID-19-a yoluxma halları 18 milyonu keçib, ölənlərin sayı 700 minə yaxınlaşır.

Koronavirusdan ölənlərin çoxunun ya başqa bir xəstəlikdən əziyyət çəkiblər, ya da yaşlı olublar.

Son 4 gün ərzində Kosovoda yoluxma və ölüm hallarında artım var, 953-dən çox yoluxma, 53 ölüm qeydə alınıb. Ümumi yoluxma sayı 9 minə yaxınlaşır, 249 xəstə vəfat edib.

***

Avqustun 3-də dünyada koronavirusa yoluxma sayı 18 milyonu keçib. Bir çox ölkələrdə rekord sayda yoluxma qeydə alınıb.

Ağ evin koronavirusla mübarizə üzrə işçi qrupunun koordinatoru deyir ki, Birləşmiş Ştatlar yoluxmaların “yeni mərhələsi”ndədir.

“Bu gün gördüyümüz mart və apreldəkindən fərqlənir”,Dr. Deborah Birx söyləyib. Onun sözlərinə görə, indi virus həm şəhər, həm də kənd yerlərində “qeyri-adi dərəcədə yayılmaqdadır”.

Koronavirus indi əsasən orta qərb ştatlarında yayılır, cənub və qərb ştatlarında son bir həftədə yoluxmalar rekord səviyyədən azalaraq sabitləşib.

Vaxtilə virusun episentri sayılan şimal-şərqdə isə yoluxmalar aşağı səviyyədədir.

İran

Ötən ilin sonunda Çində peyda olan koronavirusa Birləşmiş Ştatlar 4,66 milyon nəfər yoluxub, 155 mindən çox amerikalı vəfat edib.

Dünya Səhiyyə Təşkilatının qlobal fövqəladə vəziyyət elan etməsindən altı ay keçir və indiyədək virus azı 689 min nəfərin həyatına son qoyub.

Epidemiyanı nəzarətə aldığını bildirən ölkələrdə yeni yoluxma klastrları qeydə alınır, bu ölkələr qadağaları yenidən tətbiq edir.

İran rəsmiləri avqustun 2-də bildiriblər ki, son bir ay ərzində rekord günlük yoluxma qeydə alınıb. Vaxtilə epidemiyanın böyük zərbə vurduğu Qum və digər şəhərlərdə yoluxmalar tədricən artmaqdadır.

Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari “AFP”yə deyib ki, son 24 saat ərzində 2685 nəfərin virus testi pozitiv çıxıb və bu, iyulun 8-dən bəri ən yüksək rəqəmdir.

Sözçü İranın 31 vilayətinin 25-də epidemioloji vəziyyəti “narahatedici” adlandırıb.

İran hazırda 306 mindən çox yoluxma ilə dünyada 9-cu yerdədir. COVID-19 xəstəliyindən 17 minədək iranlı vəfat edib ki, bu da dünyada 10-cu yer deməkdir.

İran mediası 79 yaşlı kinorejissor Khosro Sinai-nin avqustun 1-də virusdan vəfat etdiyini açıqlayıb.

XS
SM
MD
LG