Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:31

Emin Əmrullayev təhsil naziri oldu


E.Əmrullayev
E.Əmrullayev

Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

Bununla bağlı bu gün, iyulun 27-də prezident İlham Əliyev sərəncam verib.

E.Əmirullayev buna qədər Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.

Bundan əvvəl Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov olub. O bu il iyulun 16-da Prezident İ.Əliyevin sərəncamı ilə Xarici İşlər naziri təyin edilib.

Yeni metodlarla dərs deyən astaralı müəllim
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Prezident yeni təhsil nazirini qəbul edib

"Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar".

Bunu bu gün, iyulun 27-də Prezident İlham Əliyev yeni təyin etdiyi Təhsil naziri Emin Əmrullayevi videoformatda qəbul edərkən deyib.

Prezident əlavə edib ki, o, buna normal baxır, burada problem görmür: "Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə, peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meylləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq…".

Prezident çıxışında vurğulayıb ki, təhsildə islahatlar dərinləşməlidir.

XS
SM
MD
LG