Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:27

Amnesty hökumətlərin insan haqlarına ‘irimiqyaslı hücum’undan söz açır


Bakıda 8 mart aksiyası
Bakıda 8 mart aksiyası

Şərqi Avropa və Orta Asiyada bir çox hökumətlər insan haqlarına qarşı “irimiqyaslı hücum” gerçəkləşdirib, etirazları, ifadə azadlığı və vətəndaş cəmiyyətini boğmaqdan ötrü qəddar taktikaya və alətlərə əl atıb. “Amnesty International” insan haqları təşkilatı aprelin 16-da açıqladığı illik icmalında belə deyir.

İnsan haqları müdafiəçiləri, jurnalistlər, qeyri-hökumət təşkilatları və etirazçıların 2019-cu ildə artan təzyiqlə üzləşməsinə baxmayaraq, dinc etirazçılar getdikcə daha sıx birləşərək hökumətlərindən hesabat tələb edirlər, hesabatda vurğulanır.

İnsan haqları pozuntuları üçün “gübrə”

Qurum Belarusdan tutmuş Qazaxıstana, Azərbaycandan tutmuş Belarusa qədər bir sıra hökumətlərin koronovirusun yayılmasını önləməkdən ötrü fövqəladə tədbirlər, genişmiqyaslı qadağalar tətbiq etdiyini bildirir. Amma bütün bu tədbirlərin insan haqlarını daha da boğacağı sarıdan əndişələr var.

Amnesty-nin Avropa və Orta Asiya üzrə təbliğat direktoru Daniel Balson regiondakı fövqəladə vəziyyətləri insan haqları pozuntuları üçün “gübrə” adlandırıb.

“Regiondakı hökumətlər pandemiyadan yararlanaraq adamları repressiya etməyə yeni yollar ixtira etməyiblər, özlərinin təkmil metodlarından istifadəni sürətləndiriblər. Dəyişən odur ki, bir çox hökumətlər pandemiyanı daha qəddar metodları işə salmaq, pozuntularını aşkara çıxarmaq üçün etimad krediti hesab ediblər”, – o vurğulayıb.

Amnesty ötən il bir çox ölkələrdə sərbəst toplaşma azadlığının “zorakılıqla boğulmaqda olduğunu”, amma insanların etirazların gücünü anladığını, saxta seçkilərə qarşı çıxdığını, yaxşı idarəçilik, ətraf mühitin qorunmasını, daha yaxşı həyat tələb etdiyini qeyd edir.

Dinc etirazlar

Hesabatda ötən il Moskvada şəhər şurası seçkilərinə müxalifət namizədlərinin qeydə alınmamasına böyük etirazlar keçirildiyi, hüquq-mühafizə orqanlarının onları yatırmaq üçün həm hüquqi taktikadan, həm də polis qüvvələrindən istifadə etdiyi vurğulanır.

“Gürcüstanda minlərlə insan Rusiya ilə münaqişə, hakimiyyətin seçki islahatı vədlərini yerinə yetirməməsindən dolayı Tbilisiyə yığışıb. Polisin su şırnaqları kimi kəskin metodları əl atması belə onları çəkindirməyib. Bakıda dinc etirazçılar siyasi narazıların qəddar repressiyasına qarşı cəsarət sərgiləyib, qadınlar məişət zorakılığına son qoymaqdan ötrü hesabatlılıq və səmərəli tədbirlər tələb edib”, – hesabatda deyilir.

Amnesty Azərbaycanda insan haqlarının durumunun ürəkaçan olmadığı, hökumətdən narazılara qarşı sərt qadağalara əl atıldığı bildirilir.

Hakimiyyət təmsilçiləri ilə ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri rədd edir, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər.

Qurum 2019-cu ildə bütün region ərazisində ifadə azadlığı və medianın hücum altında olduğu qeyd olunur. Ukraynada media azadlığına baxmayaraq, jurnalistlərə qarşı mütəmadi zorakı hücumlar yetərincə araşdırılmayıb.

Təşkilat regionda etnik azlıqların, LGBT icmasının, bəzi dini qrupların, əngəllilərin ayrıcalıq, qısnama, hətta zorakılıqla üzləşdiyini qeyd edir.

Cəmiyyətlər qadınlara və uşaqlara qarşı zorakılıq da geniş yayılıb.

XS
SM
MD
LG