Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:43

Türkiyə Khashoggi-nin qətlinə görə 20 nəfərə ittiham irəli sürür


Jamal Khashoggi-nin portreti
Jamal Khashoggi-nin portreti

Türkiyədə prokurorlar 2018-ci ildə “The Washington Post” qəzetinin şərhçisi və ər-Riyadın tənqidçisi Jamal Khashoggi-nin qətlinə görə 20 nəfərə ittiham irəli sürüb. Onların içində Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Mohammed bin Salman-ın iki keçmiş köməkçisi də var.

İstanbul prokurorluğunun martın 25-də yaydığı bəyanata görə, Səudiyyənin kəşfiyyat başçısının müavini Ahmed al-Assiri və vəliəhd şahzadənin yaxın dostu və müşaviri Saud al-Qahtani də suçlananlar arasındadır. Onlar “məqsədli və dəhşətli qətli təhrik etməkdə” ittiham olunurlar.

İttihamnamə şübhəlilərin mobil telefon danışıqları, onların qətl zamanı harada olması barədə məlumatlar, şahidlərin bəyanatları, Khashoggi-nin mobil telefonu, laptopu və İPad-nin təhlili əsasında hazırlanıb, bəyanatda vurğulanır.

Khashoggi Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülüb. O, türkiyəli nişanlısı ilə nikah öncəsi sənədlərini götürməyə getmişdi. Onun cəsədi tapılmayıb.

ABŞ kəşfiyyat məmurları jurnalistin qətlini vəliəhd şahzadənin sifariş etdiyini düşündüklərini açıqlayıblar. Səudiyyə rəsmiləri bu iddianı rədd edib.

Ötən ilin aprelində ABŞ Dövlət Departamenti Khashoggi-nin ölümündə rolu olan 16 nəfəri müəyyənləşdirib. Onların içində Qahtani də var. Həmin şəxslər və ailələrinin Birləşmiş Ştatlara girişi qadağan olunub.

Dekabrda isə Səudiyyə məhkəməsi jurnalistin qətlinə görə beş nəfərə ölüm, üç nəfərə həbs cəzası kəsib.

Səudiyyə prokuroru Qahtani-nin qətlə bağlılığına dəlil olmadığını bildirib. Məhkəmə Asiriyə qarşı ittihamları da rədd edib.

XS
SM
MD
LG