Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:23

Putinə inam azalır


Kremlpərəst fəalın aksiyası, yanvar, 2020-ci il
Kremlpərəst fəalın aksiyası, yanvar, 2020-ci il

Son dörd ayda rusiyalıların Prezident Vladimir Putinə etimadı 4 faiz azalıb – 2019-cu ilin sentyabrında 39 faiz olan göstərici 35 faizə düşüb.

2017-ci ilin noyabrı ilə müqayisədə isə reytinqin iki dəfəyədək düşdüyünü söyləmək olar, onda 59 faiz idi. Bu haqda Levada mərkəzi sorğu açıqlayıb.

Mərkəzin direktoru Lev Gudkovun fikrincə, Putinə inamın azalmasına səbəb Rusiyadakı durumdan davamlı narazılıqdır.

“Onun sosial mövzularla bağlı yeni ritorikası qısamüddətli effekt verir. İqtisadi vəziyyət, normal qazana bilməməkdən narazılıq artmaqdadır”, – o vurğulayıb.

Yeni baş nazirə cəmi 3 faiz inanır

Son dörd ayda keçmiş baş nazir Dmitriy Medvedevə də inam azalıb – 9%-dən 5%-ə düşüb. Amma müdafiə naziri Sergei Shoigu-ya inam, əksinə, artmaqdadır – 13%-dən 19%-ə yüksəlib. Xarici işlər naziri Sergei Lavrovun reytinqi isə 13 faizdən 19 faizə qalxıb.

Hökumətin yeni başçısı Mikhail Mishustin-ə respondentlərin 3 faizi inanır, 4 faizi inanmır.

Bu sorğu zamanı “Levada” respondentlərə hazır cavablar təqdim etmir, onlara dövlət xadimlərinin adlarını özlərinin çəkməsi imkanı verilir.

2019-cu ilin mayında Ümum-Rusiya İctimai Fikri Öyrənmə Mərkəzi (VTSİOM) təşkilatının yaydığı sorğu prezidentin reytinqinin yeni minimuma – 31,7 faizə düşdüyünü üzə çıxarmışdı. Bu, son 13 ilin ən minimal göstəricisi idi.

Bu nəticələr yayılandan bir neçə gün sonra prezidentin mətbuat katibi Dmitriy Peskov bəyan etdi ki, Kreml VTSİOM-dam “verilənlərin qarşılıqlı əlaqəsi” haqda izahat gözləyir. “Necə ola bilər ki, inam reytinqi düşsün, seçki reytinqi isə qalxsın?” – Peskov demişdi.

Mayın 31-də VTSİOM siyasətçilərə inamın hesablanması metodikasını yenilədi. Yeni metodikaya əsasən, Putinin reytinqi 72,3 faiz təşkil etdi. 23,7 faiz isə prezidentə inamsızlığını açıqlamışdı.

2019-cu ilin noyabrında isə Putinə rəğbət azaldı – respondentlərin cəmi 24 faizi prezidentə rəğbətini ifadə etdi.

XS
SM
MD
LG