Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:21

“Kokus” səsverməsinin nəticələri yubanır


Arxiv fotosu
Arxiv fotosu

Ayova ştatında ilk “kokus” səsverməsinin nəticələrinin elanı “keyfiyyət yoxlaması” və yeni hesabat qaydalarına görə yubanır. Partiya Demokrat Partiyası bildirib ki, problemin səbəbi “haker hücumu, yaxud müdaxilə” deyil.

“AP VoteCast”ın apardığı irimiqyasılı sorğunun nəticələrinə görə, Ayovada kokus iştirakçılarının üçdə ikisi Vaşinqtonun fəaliyyətində fundamental dəyişiklik istəyir.

Ayova demokratlarının seçki kampaniyasında iki məsələ prioritet təşkil edib: səhiyyə xidməti və iqlim dəyişikliyi.

***

Ayovada “kokus” səsverməsi başlanıb

Fevralın 3-də ABŞ-ın Ayova ştatında demokratların “kokus” toplantıları başlanıb. 1600-dən artıq məkanda partiyanın nominasiya qurultayına ştatdan 41 təmsilçi seçilməlidir.

Bu toplantıların nəticəsi demokratlardan prezidentliyə 11 iddialıdan Ayovada nominasiyanı kimin udacağına aydınlıq gətirə bilər.

Ayova ştatı partiya qurultayına nisbətən az nümayəndə göndərir. Ancaq demoqrafiyası, əsasən ağdərili və kənd seçicilərinin üstünlük təşkil etməsi namizədin kampaniyasının uğurlu olub-olmayacağının göstəricisi sayılır.

1996-cı ildən bəri Ayovada “kokus”dan qalib çıxan demokrat noyabrda prezident seçkisində partiya nominasiyasında qələbəsini təmin edib.

Rəy sorğularına görə, Vermontdan senator Bernie Sanders digər üç namizəd üzərində azacıq üstünlüyə malikdir.

“Kokus”larda Sanders, keçmiş vitse-prezident Joe Biden, Massaçusetsdən senator Elizabeth Warren və İndiana ştatında Saus Bend şəhərinin keçmiş meri Pete Buttigieg öndə gedir. Digər iddialılar, senator Amy Klobuchar, sahibkar Andrew Yang, milyarder fəal Tom Steyer və Havay ştatından konqresmen Tulsi Gabbard də səsverməyə təsir göstərə bilər.

“Kokus”larda onminlərlə ayovalı iştirak edir. Bu mürəkkəb seçki sistemində 1600-dən artıq yerli toplantının nəticəsinə görə ştatın 41 milli təmsilçisi müəyyənləşir.

Yerli vaxtla axşam saat 7-də başlanan “kokus”ların nəticələri bir neçə saat sonra bilinir.

ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək. İndiki prezident Donald Trump yenidən seçilmək üçün kampaniya aparır.

XS
SM
MD
LG