Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:47

Assad qüvvələri İdlibin ikinci böyük şəhərini tutdu


Məarrat ən-Numan 2019-cu ilin dekabrından bombardman edilirdi
Məarrat ən-Numan 2019-cu ilin dekabrından bombardman edilirdi

Suriya prezidenti Bashar al-Assadın qoşunları Rusiya aviasiyasının havadan dəstəyi ilə yanvarın 28-də İdlib qəzasının Məarrat ən-Numan şəhərini tutub.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu əməliyyat zamanı bir sıra başqa yaşayış məntəqələri də zəbt edilib.

Məarrat ən-Numan Fərat çayının qərb sahilində Suriya müxalifətinin nəzarətində olan son ərazinin – İdlib qəzasının böyüklüyünə görə ikinci şəhəridir.

Assad qüvvələri bu şəhərə 2012-ci ildən bəri ilk dəfədir ki, nəzarəti ələ alıblar.

Son günlər Suriya hökumət qoşunları İdlib qəzasındakı əməliyyatlarını intensivləşdirmiş və qəzanın cənubunda əhəmiyyətli ərazilər ələ keçirmişdi.

Rusiya təyyarələri bu hücumlara dəstək məqsədilə İdlib ərazisinə hava zərbələri endirir.

Müxalifət və beynəlxalq humanitar təşkilatlar iddia edirlər ki, Rusiya aviasiyasının zərbələri nəticəsində bu bölgədə onlarca dinc sakin həlak olub.

Bu da nəzərə alınmalıdır ki, hazırda İdlibdə rəsmən atəşkəs rejimi qüvvədədir. Lakin Moskva və Dəməşq israr edirlər ki, atəşkəs rejimi “terrorçu qruplaşmalara” şamil edilmir.

Son həftələr ərzində Suriyanın şimalında 350 mindən çox sakin evlərini tərk etməyə və Türkiyə ilə həmsərhəd bölgəyə sığınmağa məcbur olub.

Pompeo-dan İdlib çağırışı

Birləşmiş Ştatlar Suriyanın şimal-qərbində dərhal atəşkəsə çağırıb.

Hazırda Rusiya, İran proksiləri və Suriya hökumət qüvvələri birlikdə İdlib və qərbi Hələb vilayətlərinə hücum həyata keçirməkdədirlər.

ABŞ Dövlət katibi Mike Pompeo yanvarın 27-də verdiyi bəyanatında deyib ki, hərbi hücum humanitar böhrana səbəb olur və bu da İdlib vilayətində “yüzminlərlə” dinc sakinə təsirini göstərir. İdlib üsyançıların sonuncu istehkamı sayılır, 9 illik müharibə zamanı Suriyanın başqa yerlərindən qaçmış milyonlarla adam buraya sığınıb.

Pompeo deyib ki, bu qüvvələr “havadan hədəfsiz bombardmanlar və qurudan hücumlar gerçəkləşdirir, Marat an-Numanda minlərlə dinc sakin qalıb, qaçmağa yerlə yoxdur”. O, “Rusiya və İran rejimini sabitsizlik yaradan hərəkətlərə” görə ittiham edib, Suriya Prezidenti Bashar al-Assad-ın ölkənin şimalında atəşkəsin bərqərar olmasına birbaşa maneçilik törətməkdə suçlayb. Atəşkəs tələbi BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsində də səsləndirilmişdi.

Assad dekabrın 19-dan üsyançıların əlində olan ərazini geri almaq üçün əməliyyata başlayıb. Onun qüvvələri artıq 320 kilometrlik ərazini əhatələyən 46 yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.

XS
SM
MD
LG