Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:37

Peskov suriyalının qətlini ‘dəhşət’ adlandırıb, amma...


Suriyadakı Rusiya muzdlularının bir qrupu
Suriyadakı Rusiya muzdlularının bir qrupu

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov “Novaya gazeta” nəşrinin Suriyada bir suriyalının ehtimalən rusiyalı muzdlular tərəfindən işgəncəli edamını əks etdirən materialını “dəhşət” adlandırıb.

Qəzet bu muzdluların Rusiyadakı Vagner özəl hərbi şirkətinin döyüşçüləri olduğunu yazırdı.

“Noyavaya gazeta” qəzetində noyabrın 20-də dərc edilmiş materialda iddia edilirdi ki, bu şirkətin muzdluları Suriyada bir yerli sakini ağlasığmaz işgəncələrlə qətlə yetiriblər.

Qəzetin dərc etdiyi videoda suriyalının əvvəlcə gürz zərbələri ilə öldürülməsi, daha sonra başının bıçaqla, qollarının iti bellə kəsilməsi, gövdəsinin başıaşağı asılması və yandırılması, bu prosesin qəhqəhə və təhqirlərlə müşayiət olunduğu görünür.

Jurnalistlər bunu da iddia edirlər ki, bu edamda iştirak etmiş rusiyalılardan birinin kimliyini müəyyənləşdirə biliblər.

Qəzetin video üzərində apardığı təhqiqat dörd cəlladdan birinin Rusiyanın Vagner özəl hərbi şirkətinin kəşfiyyat qrupunda xidmət edən Stanislav D. olduğunu müəyyənləşdirib.

“Novaya gazeta” sözü gedən şəxsin ailəsini təhlükədə qoymamaq mülahizəsi ilə onun soyadını dərc etməyib.

Redaksiya bununla yanaşı bildirib ki, onda muzdlu döyüşçünün pasportunun, Vagner özəl hərbi şirkətinin onun öz əli ilə doldurulmuş anketinin, informasiyaları məxfi saxlayacağına dair iltizamının və tərcümeyi-halının surətləri var.

Noyabrın 21-də qəzetin bu təhqiqatı barədə şərh verərkən Peskov video ilə hələ tanış olmadığını, lakin bu məsələnin “prezident administrasiyasına ünvanlanmalı bir məsələ olmadığını”, insidentin bütün hallarda Rusiyanın Suriyada apardığı hərbi əməliyyata kölgə salmayacağını” demişdi.

Amma bir gün sonra, noyabrın 22-də Peskov deyib ki, o foto və videolarla “tanış ola bilib”. O suriyalıya bu şəkildə divan tutulmasını “həqiqətən də dəhşətli” adlandırıb.

Kremlin mətbuat katibi bununla yanaşı deyib ki, qəzetin bu cinayəti törətmiş insanların kimliyi barədə məlumatlarının nə dərəcədə məqsəduyğun olduğunu bilmir.

Peskov deyib ki, Rusiyanın hüquq-mühafizə orqanları “zəruri bilinsə” “Novaya gazeta”nın informasiyasıını araşdıracaq.

Edam iştirakçısı olduğu iddia edilən şəxslərdən biri
Edam iştirakçısı olduğu iddia edilən şəxslərdən biri

Elə bu arada Rusiyanın “Fontanka” nəşri iddia edib ki, suriyalının qəddar edamında iştirak etmiş ikinci rusiyalının kimliyini müəyyənləşdirə bilib.

“Fontanka”nın iddiasına görə onun adı Ruslandır, 29 yaşı var. Bryansk şəhərindən olan keçmiş hərbçinin Çeçenistan müharibəsində iştirak etdiyi qeyd olunur.

Məqalədə deyilir ki, Ruslanı qrup şəklində çəkilimiş fotodan bir çox bryansklılar tanıya biliblər.

“Fontanka” bunu da yazır ki, sözü gedən adamın xarici pasportuna dair məlumata da malikdir. Bu sənədə görə Ruslan 2017-ci ildə Suriyaya uçan reysə qeydiyyatdan keçib.

Hazırda bu Ruslanın məktəblilər arasında vətənpərvərlik tərbiyəsi və idman yarışları ilə məşğul olduğu deyilir.

"Fontanka” onunla əlaqə yarada bilib, amma həmin şəxs Vagner şirkəti ilə heç bir əlaqəsinin olmadığını və Suriyaya uçmadığını bildirib.

O vəd edib ki, sübut üçün öz xarici pasportunun üç son rəqəmini göndərəcək. Lakin o bu vədinə əməl etməyib.

XS
SM
MD
LG