Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:37

Dövlət Duması ‘xarici müdaxilə’ni araşdıracaq


Moskvada 17 avqust etirazı
Moskvada 17 avqust etirazı

Rusiya Dövlət Duması Rusiyanın daxili işlərinə xarici müdaxiləni araşdıracaq komissiya yaradıb. Bu haqda qərar bu gün – avqustun 19-da Duma Şurasında qəbul olunub.

İnformasiya agentliklərinin məlumatına görə, komissiya artıq bu həftə ilk iclasını keçirəcək.

Komissiyaya Dumanın təhlükəsizlik komitəsinin rəhbəri Vasiliy Piskaryev rəhbərlik edəcək. Quruma Dumadakı dörd fraksiyanı təmsil edən 12 deputat daxil olub.

Piskaryev Xarici İşlər Nazirliyinə, güc strukturlarına, Roskomnadzor mediaya nəzarət qurumuna sorğu göndərərək Rusiyanın işlərinə xarici dövlətlərin iddia olunan müdaxiləsinə dair informasiya istəyib.

XİN və Duma “daxili işlərə müdaxilə” deyərkən, özəlliklə iyul və avqustda Moskvada keçirilmiş etiraz aksiyalarını nəzərdə tutur. XİN bu müdaxiləyə nümunə kimi ABŞ Dövlət Departamentinin bölmələrindən birinin tvistini göstərib. Həmin tvitdə Amerika vətəndaşlarına razılaşdırılmamış yürüşün marşrutuyla bağlı xəbərdarlıq olunurdu. Digər misal isə Deutsche Welle radiostansiyasının rus xidmətinin etirazçıların şüarlarını təkrarladığı tvitidir.

Bundan öncə Federasiya Şurasında Rusiyada “seçkilərə müdaxilə”ylə mübarizə komissiyası yaradılıb. Onun fəaliyyəti nəticəsində qanunvericiliyə dəyişiklik edilib, Rusiyada xarici mediada işləyənlər “xarici agent” kimi tanınıb.

Federasiya Şurasında “seçkilərə müdaxilə”dən son illər danışırlar. Bundan öncə ABŞ-da 2016-cı il prezident seçkisinə Rusiyanın müdaxiləsi araşdırılmağa başlanıb.

XS
SM
MD
LG