Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:27

Spiker Pelosi Trump-ı təhqiqatı ‘ört-basdır’ etməkdə günahlandırır


Nancy Pelosi
Nancy Pelosi

ABŞ Konqresində Nümayəndələr Palatasının spikeri Nancy Pelosi mayın 22-də demokrat millət vəkilləri ilə görüşdən sonra prezident Donald Trump-ı Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini və prezidentin maliyyə və biznesini araşdıran təhqiqatları “ört-basdır” etməklə məşğul olmaqda ittiham edib:

"Birləşmiş Ştatların prezidenti də daxil, heç kim qanundan yuxarı deyil. Biz inanırıq ki, Birləşmiş Ştatların prezidenti ört-basdırla məşğuldur”.

Trump bu ittihama dərhal cavab verib və deyib ki, o “ört-basdırla” məşğul deyil və onun barəsində “qondarma təhqiqatlar” qurtarmayınca demokratlarla nə infrastruktur, nə də başqa məsələləri müzakirə etməyəcək.

Mayın 22-də Trump Pelosi və başqa vəzifəli demokratlarla apardığı infrastruktur müzakirələrini yarımçıq dayandırıb.

Hazırda Konrqesin bir neçə komitəsi, 2016-cı il seçkisinə Rusiyanın müdaxiləsinə, habelə Trump-ın ədalətə mümkün maneçiliyinə dair təhqiqat aparan xüsüsi prokuror Robert Mueller-lə paralel olaraq Trump-ın maliyyə və biznes fəaliyyətini araşdırır.

Mueller hesabatının ötən ay açıqlanmış redaktəli variantında ABŞ kəşfiyyatının Rusiyanın Amerika seçkisinə müdaxiləsinə dair qiymətləndirməsi təsdiq edilib, habelə Trump-ın ədalətə mane olmaq cəhdləri sənədləşdirilib.

Lakin Mueller-in gəldiyi nəticəyə görə Trump və ya onun komandasının Rusiya rəsmiləri ilə sövdələşməyə girməklə cinayət törətdiklərinin isbatı üçün kifayət qədər sübut olmayıb. Buna baxmayaraq hesabat Trump-ı və onun yoldaşlarını təmizə də çıxarmayıb.

Mueller-in hesabatı açıqlanandan bəri respublikaçı prezidentlə demokratların çoxluğa malik olduğu Nümayəndələr Palatası arasında çəkişmələr başlayıb.

Respublikaçıların çoxluğa malik olduğu Senat əsasən Trump-ı dəstəkləyir.

Trump özünün indiki və keçmiş əməkdaşlarının Konqres komitələrində ifadə verməsinə mane olur.

XS
SM
MD
LG