Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:21

Krım tarixi dərsliyi məktəblərdən yığışdırılır


Krım tarixi dərsliyi
Krım tarixi dərsliyi

İnsan haqları fəalları və Krım tatarlarının sərt tənqidindən sonra Krımın tarixinə dair dərslik Rusiya məktəblərindən yığışdırılır. Onlar kitabın etnik nifrəti qızışdırdığını deyirlər. Belə ki, kitabda müsəlman türkdilli etnik qrupun nasistlərlə guya əməkdaşlıq etməsi, daha sonra 1944-cü ildə Orta Asiyaya deportasiyası barədə saxta informasiya verildiyi bildirilir.

Rusiya parlamentinin aşağı palatasının, Dövlət Dumasının üzvü Ruslan Balbek fevralın 18-də RIA Novosti xəbər agentliyinə deyib ki, 10-cu sinif üçün hazırlanmış tarix dərsliyinin nüsxələri Rusiyanın Ukraynadan ilhaq etdiyi yarımadanın kitabxana və kitab mağazalarından yığışdırılacaq.

DƏRSLİK HƏR TƏRƏFDƏN TƏNQİD OLUNURDU

Balbek daha öncə demişdi ki, dərslikdə Krım tatarlarının 2-ci Dünya müharibəsi dövründə nasist işğalçılarla kütləvi əməkdaşlığına dair yanlış iddialara yer alıb.

Ruslan Balbek
Ruslan Balbek

Kremlin nəzarətində olan Krım Tatarları Şurası dərsliyi pisləmiş, onun Sovetlər zamanında etnik qrupun kütləvi deportasiyasını əsaslandırmağa çalışdığını demişdi.

Dərsliyin sentyabrda Krımda kurrikuluma salınacağı planlaşdırılırdı.

Krım İnsan Haqları Qrupu da dərsliyi pisləyib, onun Krım tatarlarına qarşı etnik nifrəti qızışdırdığını bildirib.

Qrupun eksperti Iryna Sedova deyib ki. Dərslik “nifrət çıxışı yaydığı üçün dərhal Krım məktəblərindən yığışdırılmalıdır”.

Rusiyanın 2016-cı ildə ekstremist damğası vuraraq qadağan etdiyi Krım Tatar məclisi də dərsliyi pisləyib, onun kontentində ekstremizm elementləri olduğunu deyib. ​

İDDİALAR

Dərslikdə yazılıb ki, Krım tatarları Orta Asiyaya deportasiya edilərkən ərzaq, yaşamağa yer, maliyyə dəstəyi, ev tikməyə torpaqla təmin olunublar. İnsan haqları fəalları və tarixçilər isə bunun həqiqət olmadığını deyirlər.

Dərslikdən bəzi hissələr
Dərslikdən bəzi hissələr

Krım tatarları 1944-cü ilin mayında kütləvi şəkildə Krımdan deportasiya olunublar. Sovet diktatoru Josef Stalin onları nasist Almaniyası ilə əməkdaşlıqda suçlayıb.

1944-cü il mayın 18-dən başlayaraq 250 min nəfər qatarlara doldurularaq Orta Asiyaya göndərilib. Onminlərlə adam ya yolda, ya da səhralıqda qalaraq həlak olub.

Krım tatarlarının doğma yerlərinə qayıtmasına 1980-ci illərin sonlarınadək icazə verilməyib.

2015-ci ilin noyabrında Ukrayna parlamenti qanun qəbul edərək mayın 18-ni Krım Tatarlarının Soyqırımı Qurbanlarının Anım Günü elan edib.

Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən sonra Prezident Vladimir Putin tatarlar yaxşı davranılacağı, onlara bərabər hüquqlar veriləcəyini vəd edib.

Amma Krım tatarları, insan haqları fəalları və Qərb hökumətləri deyirlər ki, Rusiya Krım tatarları və ilhaqa qarşı çıxan digərləri ilə pis davranır, onları ayrıseçkiliyə, saxta ittihamlarla siyasi təqiblərə məruz qoyur.

XS
SM
MD
LG