Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:18

Aya turist kimi o gedəcək


Big Falcon sərnişin raketi
Big Falcon sərnişin raketi

Yaponiyalı sahibkar, moda şirkətinin rəhbəri Aya sərnişin kimi getmək üçün ödəniş edib. Aya səyahəti Elon Musk-ın SpaceX şirkəti planlaşdırır.

SpaceX sentyabrın 18-də bildirib ki, milyarder Yusaku Maezawa Aya hələ hazır olmayan Big Falcon Raketində (BFR) gedəcək.

Missiya ilkin olaraq 2023-cü ilə planlaşdırılır. Amma Musk deyib ki, həmin gəminin o vaxtadaək hazır olacağından “100 faiz əmin deyil”. Musk gəmini 2022-ci ildə Marsa pilotsuz missiyaya göndərmək istəyir.

Elon Musk
Elon Musk

Tesla elektromobil şirkətinin rəhbəri olan milyarder Musk deyib ki, Maezawa “bunu edən çox cəsur bir şəxsdir”.

Ancaq belə bir səyahətdən ötrü həm də çox zəngin olmaq lazımdır.

Maezawa-nın səyahət üçün ödədiyi məbləğ açıqlanmayıb. Amma o, “Reuters”ə deyib ki, bu məbləğ onun rəssam Jean-Michel Basquiat-nın 1982-ci ildə çəkdiyi bir əsər üçün ödədiyi 110 milyon dollardan “çox artıqdır”.

Maezawa Ayın ətrafına ilk dəfə səyahət edəcək kommersiya raketinin yeganə sərnişini olmaq istəmir. O deyib ki, altı-səkkiz rəssamı, memarı, dizayneri və digər yaradıcı insanları özüylə səfərə dəvət etmək, “hamımızda belə bir arzunu oyandırmaq” istəyir.

Amazon şirkətinin qurucusu Jeff Bezosun “Blue Origin” və sahibkar Richard Bransonun “Virgin Galactic” şirkətləri də kosmik uçuşlar üzrə özəl sektorda liderliyə can atır.

Aktyor Leonardo DiCaprio və pop ulduz Justin Bieber Virgin Galactic-in suborbital missiyalarına uçmaq üçün yazılıblar. Onların 90 dəqiqəlik uçuşdan ötrü 250 min dollar ödədiyi bildirilir.

XS
SM
MD
LG