Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:24

‘Kocharian məhkum edilməsə, Ermənistan heç vaxt qanun ölkəsi olmayacaq...’


Levon Zurabyan (solda) AzadlqıRadiosuna müsahibə verib
Levon Zurabyan (solda) AzadlqıRadiosuna müsahibə verib

“Əgər Robert Kocharian Konstitusiyanın aşkar pozulmasına görə məhkum edilməsə, ölkəmizdə heç vaxt qanun olmayacaq”.

Bu sözləri AzadlıqRadiosunun Erməni xidmətinin Azatutyun saytına müsahibəsində “Erməni Milli Komitəsi” (EMK) partiyasının sədr müavini Levon Zurabyan deyib.

Zurabyan deyib ki, Robert Kocharian-ın 2008-ci ilin qanlı 1 mart hadisələrinə görə mühakimə edilməsi gələcək Ermənistanın quruculuğu məsələsi, siyasi elita, gələcək idarəçilər üçün ibrət dərsi olmalıdır.

Zurabyan 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentinin gülləbaran edilməsini yada salaraq deyib ki, “Robert Kocharian-ın siyasi xadim olması həmin gün başa çatıb”.

27 oktyabr hadisəsində parlamentə daxil olan bir qrup silahlı ovaxtkı baş nazir Vazgen Sarkisian-ı və spiker Karen Demirchian-ı qətlə yetirmişdi.

Zurabyan daha sonra deyib:

“O bu qətldən sonra, Levon Ter-Petrosyan-ın bandokratiya adlandırdığı sistemin başına gəlib. O andan sonra o siyasi xadimliyini başa vurub. O sadəcə olaraq şəxsi varlanması üçün dövlət rıçaqlarından istifadə edib. O istefaya gedəndən sonra da yalnız bizneslə məşğul olmaqda davam edib. Çünki onu yalnız varlanmaq düşündürürdü. Elə indi də onu şəxsi azadlığı, təhlükəsizliyi və şəxsi sərvətinin xilas edilməsi maraqlandırır. Əgər o siyasətə qayıtsa, yenə də bu məqsədlə qayıdacaq. Onun dövlətçilik təfəkkürü yoxdur. O həmin adamdır ki, gəlin yada salaq, saxta arayışla Ermənistan Respublikasının prezident seçkisində iştirak etmək imkanı qazanıb. Mən bunları nəyə görə deyirəm? Ona görə ki, Robert Kocharian-da Konstitusiyaya hötmətsizliyin lap əvvəldən olduğunu izah edim”.

1999-cu ilin 27 oktyabrında qətlə yetirilmiş baş nazir Vazgen Sarkisian (solda) və spiker Karen Demircian
1999-cu ilin 27 oktyabrında qətlə yetirilmiş baş nazir Vazgen Sarkisian (solda) və spiker Karen Demircian

EMK-nın sədr müavini deyib ki, “Konstitusiyaya etinasızlıq göstərən şəxsöz xalqına da etinasızlıq göstərir və 1 mart qətlləri də burdan irəli gəlib.

Zurabyan iddia edib ki, mediada dərc olunmuş bir sıra məlumatlarda Kocharian-ın 4 milyard dollar sərvət topladığı xəbər verilib.

Zurabyan deyib ki, burada söhbət Kocharian-ın həbsxanaya salınmasından və ondan qisas alınmasından yox, Konstitusiyanın və ölkənin gələcəyindən gedir:

“Səmimi deyirəm, bir insan kimi onun həbsxanaya girib-girməyəcəyinin mənə heç bir fərqi yoxdur. Mən qana susamamışam...Mənim tələbim qanun barədədir. Əgər Kocharian Konstitusiyanın aşkar pozulmasına, Konstitusiya quruluşunu devirməsinə, “1 martın” törədilməsinə görə mühakimə edilməsə, Ermənistan heç vaxt qanun ölkəsi ola bilməyəcək”.

Bundan əvvəl Ermənistanın Apellyasiya Məhkəməsi Robert Kocharian-ın həbsdən azad olunması barədə qərar qəbul edib.

Avqustun 16-da Kochraian “Yerkir media” telekanalının “siyasətə qayıdacaqmı” sualına – “hesab edin ki, artıq qayıtmışam” cavabını verib.

XS
SM
MD
LG