Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:30

Xaricdən rüşvət alıb, büdcə pulunu dağıdanlar kimlərdir?


Dəmiryolu, arxiv
Dəmiryolu, arxiv

Keçən həftənin sonu Kanadanın Bombardier şirkəti beynəlxalq mediada onun Azərbaycan layihəsi ilə bağlı yazılanlara reaksiya verib. Bombardier martın 17-də bildirib ki, bir sıra media orqanları İsveç prokurorluğunun və Dünya Bankının Bombardierin Azərbaycan layihəsi ilə bağlı istintaq apardığını yazıb. Bombardier bildirir ki İsveç müstəntiqlərinə hər cür yardım etməyə hazırdır, ancaq Bombardierin özündə Azərbaycan layihəsində hər hansı bir qeyri-etik davaranışla bağlı məlumat yoxdur.

Xatırladaq ki, 10 gün əvvəl İsveç prokurorluğu 2013-cü ildə Azərbaycan dəmir yolunun təchizatı üzrə tenderlə əlaqədar Azərbaycan rəsmilərinə rüşvət verməkdə şübhəli bilinən Kanadanın Bombardier şirkətinin əməkdaşını həbs etdi.

İsveç prokuroru Thomas Forsberg BBC-yə deyib ki,təyyarə və dəmir yolu avadanlığı istehsal edən Bombardier-in bir neçə əməkdaşı Azərbaycan rəsmilərilə gizli sövdələşmədə şübhəli bilinirlər.

Thomas Forsberg bildirir ki, üç il əvvəl keçirilən tenderdə daha yüksək qiymət təklif edən başqa şirkətlərin iştirakına rəğmən müqavilə Bombardier şirkətilə imzalanıb.

"Bombardier başqa iştirakçılardan az təklif etsə də, 2013-cü ildəki tenderi o,qazandı",

Thomas Forsberg Azərbaycan tərəfilə istintaq çərçivəsində təmasda olub-olmadığı barədə suala cavab verə bilməyəcəyini deyib. Lakin onun sözlərinə görə məsələ beynəlxalq miqyaslıdır və antokorrupsiya işi üzrə bütün tərəflər əməkdaşlıq etməlidir.

BBC Azərbaycan Dəmir Yolları-nın fikrini öyrənmək istəyib, ancaq bildirir ki,əlaqə saxlamaq mümkün olmayıb.

İsveç prokuroru antikorrupsiya işilə bağlı İsveçdə yaşayan Rusiya vətəndaşının həbs olunduğunu və növbəti məhkəmə iclasına kimi onun həbsxanada saxlanılacağını bildirib. Həbs edilən şəxsin vəkili ittihamları rədd edir.

Məsələ ilə bağlı araşdırma aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinə əsasən İsveçdə qərarlaşanBombardier Transportation AB qrupu Britaniyada qeydiyyatdan keçmiş və yalnız kağız üzərində mövcud olan şirkət vasitəsilə Azərbaycandakı rəsmilərə milyonlarla dollar ödəyib.

Məsələni araşdıran İsveçin TT agentliyi və Uppdrag Granskning TV proqramında bildirilir ki, Azərbaycan dəmir yollarının siqnal avadanlığı ilə təchizatına dair müqavilə 340 milyon dollar dəyərindədir.

İsveç prokurorluğunun əlində olandəlillər ötən ilin oktyabr ayında Bombardier-in İsveçdəki ofisindən müsadirə edilmiş elektron məktublardan ibarətdir.

Bombardier şirkətinin sözçüsü əməkdaşının həbs edildiyini təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib.

Azərbaycan məmurlarının adı rüşvət ittihamı ilə bağlı xarici istintaqlarda birinci dəfə deyil ki, çəkilir. Söhbət də həmişə ciddi ittihamdan, büdcə pullarının israfından gedir. Ancaq indiyə kimi belə ittihamlarıAzərbaycan tərəfi araşdırbmı? Kimsə cəzalanıbmı? Cəzalanmırsa, bu niyə baş verir? İsveçdəki indiki istintaqdan Azərbaycan ekspertləri nələri gözləyir?

Siyasi şərhçi Gültəkin Hacıbəyli bundan əvvəl Azərbaycanın adı hallandırılan başqa korrupsiya əməllərini yada salır. Onun sözlərinə görə, Beynəlxalq Bankla bağlı ortaya çıxan daha irimiqyaslı korrupsiya faktına görə həmin cinayəti törədən insanların əməli araşdırılmadı, bu məsələlərin üzərindən sükutla keçirildi.

Gültəkin Hacıbəyli qeyd edir ki, məhkəmə prosesində cəzalandırılan bankın direktoru ifadəsində dəfələrlə bildirdi ki, həmin pulların əksəriyyəti hakimiyyətin yüksək eşalonunda təmsil olunan şəxslərin tapşırığı ilə ayrı-ayrı adamlara verilib. Siyasi şərhçi bildirir ki, əgər belə bir korupsiya faktının üzərinə gedilmədisə, Avstriyada manatın çapı ilə bağlı , İsveçdə Dəmir yolu ilə bağlı aparılan araşdırmaların üstündən də keçiləcək.

Gültəkin Hacıbəyli deyir ki, bunun səbəbi odur ki, həmin hadisələr hakimiyyətin yüksək səviyyəsində təmsil olunan şəxsləri əhatə edir və siyasi hakimiyyət həmin insanların cəzalanmasını münasib hesab etmir. Siyasi şərhçi bildirir ki, çox güman ki, İsveçdəki hadisəni hakimiyytyönlü media keçmiş nəqliyyat nazirinin maliyyə pozuntusu kimi qələmə verib, üstündən keçəcəklər.

Gültəkin Hacıbəyli:"siyasi hakimiyyət həmin insanların cəzalanmasını münasib hesab saymır"
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00
Direct-ə keçid

Hüquqşünas Aslan İsmayılovun sözlərinə görə Azərbaycanda korrupsiya artıq idarəetmə sisteminə çevrilib. Onun sözlərinə görə, bu səbəbdən onun qarşısı alınmır. Aslan İsmayılov bildirir ki, korrupsiyanın qarşısının alınması əvəzinə o getdikcə daha da artacaq.

Hüquqşünas deyir ki, bu vaxta qədər beynəlxalq aləmdə Azərbaycanın adının korrupsiya qalmaqallarında səsləndirilməsi bununla bitməyəcək, ard-arda belə faktlar aşkarlandıqca onların davamı da gələcək. Aslan İsmayılov bildirir ki, idarəetmə formasını dəyişmədən bunun qarşısını almaq mümkün deyil.

Aslan İsmayılov: "korrupsiya artıq idarəetmə sisteminə çevrilib"
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bu məlumatın onun üçün yeni olduğunu qeyd edir. Onun sözlərinə görə İsveç prokurorluğundakı korrupsiya qalmaqalı barədə məlumatsızdır.

Vasif Mövsümov deyir ki, araşdırmalar, istintaq yekunlaşmadan nəsə söyləmək doğru deyil. Onun sözlərinə görə əgər belə hal varsa bu Azərbaycanın imicinə ağır zərbə vurur. Amma Vasif Mövsümov onu da deyir ki, bəzən belə əsası olmayan məlumatlardan hakimiyyətə təzyiq üsulu kimi istifadə edilir.

Vasif Mövsümov: "əgər belə hal varsa, bu, Azərbaycanın imicinə zərbə vurur"
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

XS
SM
MD
LG