Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Mehriban Əliyeva: 'Bu işdə Oqtay Əsədovun böyük əməyi var'


M.Əliyeva
M.Əliyeva

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclisin bu gün, martın 7-si keçirilən iclasında çıxış edib.

APA-nın xəbərinə görə, birinci vitse-prezident deputatlıq fəaliyyəti ilə bağlı hesabat da verib.

M.Əliyeva qeyd edib ki, prezident İlham Əliyevin bu il fevralın 21-i verdiyi sərəncam əsasında yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar Azərbaycan Milli Məclisində fəaliyyətini dayandırır: «Mən 10 ildən artır parlament üzvü olmuşam. Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq mənim üçün şərəf idi. Müstəqillik illərində ölkəmizin nüfuzlu dövlət kimi formalaşdırılmasında Milli Məclisin deputat korpusunun böyük rolu olub».

Mehriban Əliyevanın millət vəkili kimi son çıxışı
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Buna da bax-Mehriban Əliyevanın siyasəti ərindən fərqlənəcəkmi? [video]

O deyib ki, Azərbaycanda həyata keçirilən islahatların hüquqi bünövrəsini deputatların birgə səyi nəticəsində hazırlanıb müasir reallıqlara və çağırışlara cavab verən qanun layihələri təşkil edir: «Əziz həmkarlar, millət vəkili kimi çalışdığım müddət ərzində burada daim işgüzar ab-havanın şahidi olmuşam. Belə mühitin yaradılmasında Milli Məclisin sədri Oqtay Əsədovun böyük əməyi var».

«17 sənaye müəssisəsi, 10 idman obyekti…»

Mehriban Əliyevə 2005-ci ildən indiyə kimi deputat olduğu Xəzər rayonunda görülən işlərdən də danışıb.

M.Əliyeva deyib ki, bu müddət ərzində Xəzər rayonunda 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi inşa edilib və ya əsaslı təmir olunub: «17 sənaye müəssisəsi, 10 idman obyekti, 28 mədəniyyət obyekti , 7 məscid və ziyarətgah istifadəyə verilib. Bundan əlavə, rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində əhalinin qaz, elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Şüvəlan, Binə və Qala qəsəbələrində su xətləri çəkilib, rayon ərazisində ümumi uzunluğu 190 km olan yollar salınıb».

M.Əliyeva Milli Məclisdə təmsil olunduğu müddət ərzində bir sıra təklif və təşəbbüslə çıxış etdiyini xatırlayıb: «Humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013, 2016-cı illərdə irəli sürdüyüm Amnistiya aktlarının qəbul edilməsi ilə bağlı təşəbbüslərimi həmkarlarım daim dəstəkləyib. Bu qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləyən, on minlərlə insana azadlıq bəxş edən deputatların hər birinə dərin minnətdarlığımı çatdırıram. Ümidvaram ki, belə təşəbbüslər bundan sonra da irəli sürüləcək».

Mehriban Əliyevanın dairəsində camaat nədən şikayətçidi
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

«Gələcək fəaliyyətimdə də…»

M.Əliyeva bildirib ki, bütün çıxışlarında Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ, onun ətrafında yerləşən 7 rayonun işğal olunmasını, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində yaşaması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb: «Mən Milli Məclisdə 12 illik fəaliyyətimi böyük ömür məktəbi kimi qiymətləndirirəm. Bir millət vəkili kimi əldə etdiyim təcrübə əvəzsizdir. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən hər zaman həyatda sadə prinsiplərə arxalanmışam. Vicdan, ləyaqət, mərhəmət, xoş niyyət, ədalət, qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam».

M.Əliyeva martın 3-də Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edərək deputat mandatına xitam verilməsini istəyib. MSK martın 6-da müraciətə baxaraq müsbət qərar qəbul edib.

Birinci vitse-prezidentin deputat mandatı ləğv edilib.

Mehriban Əliyeva hansı sosial islahat aparsın?
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

Xatırlatma

Mehriban Əliyeva 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilmişdi.

Ölkə Konstitusiyasına görə, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutarsa, deputatlıqdan istefa verməlidir.

Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib. Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi.

Prezident İlham Əliyev fevralın 21-də M.Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin edib. M.Əliyeva prezidentin həyat yoldaşıdır.

Müxalifət bu təyinatı hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirib. Hakimiyyət isə bunu islahat kimi təqdim edir.

XS
SM
MD
LG