Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:26

'Rəis' filmi- Erdoğanın bioqrafiyası, yoxsa, təbliğatı?


Pakistanda keçirilən 13-cü İqtisadi Əməkdaşlıq Sammiti ərəfəsində, işçi Ərdoğanın portretini təmizləyir, İslamabad, 26 fevral 2017
Pakistanda keçirilən 13-cü İqtisadi Əməkdaşlıq Sammiti ərəfəsində, işçi Ərdoğanın portretini təmizləyir, İslamabad, 26 fevral 2017

Martın 3-də Türkiyədə kinoteatrlarda prezident Recep Tayyip Erdoğanın həyatından bəhs edən "Rəis"filmi nümayiş olunub.

Film Erdoğanın uşaqlığını, gəncliyini, İstanbul bələdiyyəsinin rəhbəri kimi çalışdığı 1999-cu ilə qədərki və həbs edildiyi dövrləri əks etdirir.

Filmdə 1960-cı illərdəki qadağalar, cəmiyyətdəki münaqişələr, Türkiyənin yaşadığı çətinliklər öz əksini tapıb.

Dram janrında çəkilmiş filmin ssenarisi Murat Özdilə aiddir.

Filmin rejissoru Hudaverdi Yavuz, prodüsseri Ali Avcıdır.

"Əgər prezidenti yanlış əks etdirsəydi, yayılmasına icazə verməzdi"

Ərdoğan və Putin, Istanbul, 10 oktaybr 2016
Ərdoğan və Putin, Istanbul, 10 oktaybr 2016

Erdoğanın gənclik dövrünü aktyor Reha Beyoğlu canlandırıb. Film haqqında danışan Beyoğlu prezidentə sevgisini gizlətməyib:

"Mən Erdoğanı sevən bir insanam. O mənim sevdiyim bir liderdir. Ona görə bu rolu çox yaxşı oynamalıydım. Çox məsuliyytəli bir iş idi. Çünki bir nömrəli adamı canlandırırsan".

Reha Beyoğlu bildirib ki, filmin çəkilişinə görə prezidentdən icazə gözləməyiblər. Aktyor sözlərinə bunu da əlavə edib:

"Əgər prezidenti yanlış əks etdirən, gerçəkdən uzaq bir şey olsaydı, yayılmasına icazə verməzdi".

Rəis özü həyatdaykən siyasi liderin həyatı haqqında çəkilən nadir filmlərdən biridir. Özəlliklə Türkiyənin referenduma getməsinə bir neçə həftə qalmış nümayiş olunması və fimdə Erdoğanla bağlı heç bir tənqidin olmaması prezidentin təbliğatına yönəlmiş film kimi dəyərləndirilir.

Reha Beyoğlu tənqidlərlə bağlı bunları deyir:

"Bu film prezidentin, ya da onu sevənlərin xoşuna gəlməsi, onun təbliğ olunması üçün çəkilməyib. Prezident haqqında tənqid tapa bilirsənizsə, siz də bir film çəkin".

Türk lirəsi
Türk lirəsi

"Rəis"ə 30 mlyon lirə xərclənib

Filmin büdcəsi 30 milyon lirəyə başa gəlib. Bununla da "Rəis" ərsəyə gəlməsinə ən çox pul xərclənən filmlər siyahısına daxil olub.

Türkiyədə bundan əvvəl də Erdoğan hökumətini təbliğ edən bir neçə film çəkilib. Ancaq həmin filmlər uğur qazana bilməyib.

2015-ci ildə çəkilmiş, Türkiyə Milli Təhlükəszilik Təşklatındakı böhrandan bəhs edən "Çevriliş" ("Darbe") filminə ümumilikdə 19.212 nəfər baxmışdı. 2015-ci ildə çəkilmiş hökumətdəki korrupsuya hadisələrindən bəhs edən "Kod adı: K.Ö.Z" filminə də 313.361 adam baxmışdı. İndi "Rəis" filminin taleyinin bu filmlər kimi olub-olmayacağı da maraqla izlənilir.

XS
SM
MD
LG