Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:45

'Siz bir insanların düşüncəsinə hakim kəsilən qorxunun miqyasına baxın'


Azerbaijan -- Rufat Safarov, the former investigator of the Zardab Regional Prosecutor's Office
Azerbaijan -- Rufat Safarov, the former investigator of the Zardab Regional Prosecutor's Office

“Nə zamana qədər azad səsi, özgür fikri boğmaq mümkün olacaq? Bu ədalətsizliyə, haqsızlığa imza atanlar qoy yaxşı düşünsünlər və unutmasınlar ki, təqiblərin, təzyiqlərin cavabı bir zaman veriləcək”.

Həbsdəki sabiq müstəntiq Rüfət Səfərovun anası Tahirə Səfərova məhbus analarına ünvanladığı məktubunda belə yazır.

Ana təəssüflə qeyd edir ki, Rüfət Səfərov kimi şərlənərək azadlıqdan məhrum edilənlərin sayı çoxdur.

Buna da bax:​ Rüfət Səfərovun müdafiəçiləri Avropaya üz tutur

“Rüfət indi bizdən ayrı, həbsxana şəraitində, qapalı divarlar arasında yaşamağa məhkum edilib. Bu cür mərd və cəsur oğullar az deyil. Qorxmayın, çünki ehtiyat etməyə bir hacət yoxdur. Nə qədər çəkinəcək, basqılardan, həbsxana divarlarından qorxacağıqsa üzərimizə daha amansız şəkildə yüyürəcəklər. Azərbaycan qadını mütəşəkkil olmalıdır, mübarizəni və qətiyyətini çiyin-çiyinə söykənərək davam etdirməlidir”.

T.Səfərova yazır ki, tanış-biliş bəzən ona sakit olmağı, danışmamağı tövsiyə edirlər.

“Qorxa-qorxa deyirlər ki, səsinizi çıxarmayın, evdə belə ehtiyatlı olun. Yoxsa həm oğlunuzun, həm də sizlərin başına ağlınıza gəlməyən elə oyunlar aça bilərlər ki, bu böyük faciənin də ağrı və iztirablarına dözmək çətin olar… Siz bir insanların düşüncəsinə hakim kəsilən qorxunun miqyasına baxın. Lakin bu məni bir ana, oğul həsrəti ilə yaşayan Azərbaycan qadını olaraq qorxuda bilməz. Rüfətin azadlığa çıxana qədər arxasında dayanacağam”.

Buna da bax:​ Keçmiş müstəntiqin məhkəməsi şüarlarla bitdi

T.Səfərova məktubunun sonunda bütün günahsız məhbusların analarını səbirli, iradəli, təmkinli olmağa səsləyir.

Xatırlatma

Keçmiş müstəntiq R.Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda isə R.Səfərov hüquq-mühafizə orqanlarının işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Buna da bax:​ 'Ramiz Mehdiyevi özümə düşmən sayıram'

Bundan sonra, 2016-cı ilin yanvarında R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Dekabrın 22-də Şirvan Apelyasiya Məhkəməsi R. Səfərovun apelyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG