Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Petrosyan seçkiyə sülh və mehriban qonşuluq şüarı ilə gedir


Müxalifətdə olan “Ermənistan milli konqresi” partiyasının lideri və birinci Ermənistan prezidenti Levon Ter Petrosyan partiyasını 2017-ci ildə keçiriləcək parlament seçkisinə “Sülh, barışıq və mehriban qonşuluq” şüarı ilə getməyə çağırıb.

O, belə bir bəyanatla dekabrın 17-də partiyanın 2-ci qurultayında çıxış edib.

“Bizə hansı damğa vurulacağından aslı olmayaraq, partiyaya cəsarətlə seçkiyə sülh, barışıq və mehriban qonşuluq şüarı ilə getməyi təklif edirəm. Bunu xalqın böyük əksəriyyəti başa düşə bilər, çünki xilas, təhlükəsizlik, Ermənistan və Qarabağın inkişafının başqa yolu yoxdur”, deyə o bildirib.

Petrosyan qeyd edib ki, onun partiyası seçkidə, silah yarışının dayandırılması, yeni müharibə təhlükəsinin aradan qaldırılması, Qarabağ probleminin həlli və Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı konstruktiv proqramla iştirak etmıəlidir.

Ter Petrosyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlliylə bağlı danışıqlar masasında olan bugünkü plan, demək olar ki, 1998-ci ildəki palnla eyni, hətta ola bilsin ki, pisdir.

Petrosyan bir daha qeyd edib ki, bu münaqişəni həll etmədən Ermənistanla Dağlıq Qarabağın perespektivi və inkişafı mümkün deyil.”Əgər məqamı əldən versək, növbəti həll bizim üçün daha pis olacaq”,deyə o vurğulayıb.

Petrosyan 1991-1998-ci illərdə Ermənistan prezidenti olub.

XS
SM
MD
LG