Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:29

SOCAR-da nə baş verir? Köhnələr tapılmamış, təzə neftçilər itkin düşdü... [video]


Azərbaycan neftçiləri nəyin qurbanı olur: Məsuliyyətsizliyin, yoxsa qasırğanın?
Gözlə

No media source currently available

0:00 0:15:11 0:00

Azərbaycan neftçiləri nəyin qurbanı olur: Məsuliyyətsizliyin, yoxsa qasırğanın? [video]

Rəsmi məlumata görə ümumilikdə 9 neftçi itkin düşüb. Onlardan birinin meyiti tapılıb.

İtkin neftçilərin axtarışı davam edir. Onlar 3 saylı Neft Yığım Məntəqələrinin sağ və sol hissələrindəki estakadanın 150 metrlik hissəsinin dənizə uçması nəticəsində dənizə düşüblər.

Rəsmi məlumata görə ümumilikdə 9 neftçi itkin düşüb. Onlardan birinin meyiti tapılıb.

Hadisə dekabrın 15-də səhər saat 5 radələrində «Azneft» İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsindən baş verib.

Buna da bax:​ Estakada uçub, neftçilər itkin düşüb

İtkin düşənlərdən ikisi - Güloğlan və Azay Zülfüqarovlar iki qardaşdır. Bir başqa qardaş - Çingiz Zülfüqarov AzadlıqRadiosu-na bildirib ki, onların hər ikisi 3 gün öncə dənizə gedib və bu gün qayıdacaqlarmış:

İtkin düşən neftçilərin qardaşı AzadliqRadiosuna bunları deyir
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

Heç bir tədbir görülməyib?

«Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə gün öncə sərt hava şəraiti haqda xəbərdarlıq vermişdi. Heç bir tədbir görülməyib. Ümumiyyətlə, məlum olur ki, bu estakadaların istifadə müddəti çoxdan bitibmiş və ora heç fəhlə buraxmaq olmazmış. Hamısı çürük-çürük dəmir parçalarıydı. Yamamaqla düzəlməz ki!.. Bu qədər insanı təhlükəyə atdılar. İndi də bizə ancaq onu deyirlər ki, axtarış aparırlar».

«Azneft» İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov brifinqdə məlumat verib ki, sərt hava şəraiti əvvəlcədən nəzərə alınıb. Amma hadisə Xəzər dənizində saniyədə 41 metr sürətlə əsən küləkdən qaynaqlanıb:

«Hava şəraitinin əlverişsiz olacağı əvvəlcədən məlum idi. Bununla bağlı öncədən müvafiq tədbirlər görülmüşdü. Küləyin sürəti hadisə vaxtı saniyədə 41 metr olub. Həmin estakadada daimi 15 nəfər çalışır. Ancaq hadisə vaxtı təhlükəsizlik tədbirlərinə görə, iş yerində 10 nəfər olub. Həmin köşkdə bütün lazımi avadanlıqlar, xilasedici jiletlər varmış».

Buna da bax:​ 'Budkaqarışıq dənizə getdilər'

«Hadisə baş verən sahədə...»

Balamirzə Ağarəhimov olay baş verən estakadanın istifadəyə yararlı olduğunu bildirərək deyib ki, estakada 1978-ci ildə istismara verilib. Orada daim təmir-bərpa işləri aparılıb. Sonuncu dəfə təmir bu ilin avqustunda aparılıb:

«Sahələri yalnız platforma şəraitində istismar etməyə çalışırıq, çünki estakadalar həm həddən artıq baha başa gəlir, həm də onlardan uzun müddət yararlanmaq olmur. Bununla belə, əlimizdəki estakadaların normal işçi durumunda saxlanması üçün təmir işi və ya əvəzedici estakadalar tikintisi gedir. Hadisə baş verən sahədə - neft və qaz çıxarma idarəsinin birinci mədən sahəsindəki estakada meydançalarında və əvəzedici estakadalarda təmir-tikinti işləri gedir».

«70-ci illərdə tikilən estakadadır...»

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bu fikirlə razılaşmır. Onun qənaətinə görə, bugünkü qəzanın başlıca səbəbi işçilərin təhlükəli ərazidə çalışdırılmasıdır. Hava şəraiti, külək və digər səbəblər, sadəcə, bəhanədir:

«70-ci illərdə tikilən estakadadır, 150 metrlik hissəsi uçub. Neft və qaz çıxarma idarəsinin balansında qəzalı estakada sayılır. Həmin estakadanın üzərində daşdan "budka" tikiblər. Hər şeyi küləyin üzərinə atmaq olmaz. Qəzalı estakada uçub və özü ilə içərisində 10 nəfərin olduğu “budka”nı da özüylə aparıb».

Buna da bax:​ «"Günəşli"də qaz sızması xəbərini versələr də...»

Kimdir müqəssir?

Mirvari Qəhrəmanlı deyir ki, bu hadisəyə bu estakadaların təmirçiləri və təmirə nəzarətçilər məsuliyyət daşıyırlar.

Faciəyə kimin məsuliyyət daşımasıyla bağlı sual brifinqdə də səslənib. «Azneft» İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bu sualı "hamımız" şəklində cavablayıb.

«Azneft» İstehsalat Birliyinin strukturuna daxil olan bu idarədə 2014-cü ildə də 3 dəfə qəza baş verdiyi və nəticədə 5 nəfərin həlak olduğu bildirilir.

Ötən ilin dekabrında «Günəşli» yatağında baş verən yanğında isə itkin düşənlərdən bəzilərinin cəsədləri hələ də tapılmayıb. Həmin yanğın zamanı 64 nəfərdən 34-ü qurtarılmışdı.

Buna da bax:

İtkin düşən neftçilərə görə məsuliyyət kimin üzərinə düşür?- [sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

XS
SM
MD
LG