Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Azərbaycan sürətlə borclanır


Artan temp. (©Shutterstock)
Artan temp. (©Shutterstock)

Asiya İnkişaf Bankı (AİB) dekabrın 7-də Azərbaycana veriləcək 2 krediti təsdiqləyib. Kreditlərdən biri (500 milyon dollar) iqtisadiyyatın şaxələndirilməsinə verilib.

AİB-in məlumatında deyilir ki, bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək. Digər kreditlə “Şahdəniz 2” layihəsinin genişləndirilməsindən ötrü dövlətə və özəl sektora bir milyard dollar ayrılıb.

Buna da bax:​ Asiya İnkişaf Bankı 'Şahdəniz'ə 1 milyard ayırdı

Beləliklə, Azərbaycanın xarici dövlət borcu artıb. Maliyyə nazirliyinin oktyabrın 1-nə olan məlumatına görə, xarici dövlət borcu 7 milyard 650,7 milyon ABŞ dollarıdır.

Diqqətçəkən məqam

Burada diqqətçəkən bir məqam - özəl sektoru irəlilətmək üçün hökumətin investisiya cəlbi əvəzinə, borca girməsidir. Bəllidir ki, alınmış kreditlər faizi ilə birgə qaytarılmalıdır. Ölkənin valyutaya ehtiyac duyduğu bir vaxtda hökumətin iqtisadi baxımdan sərfəli sayılmayan yolu seçməsi sual doğurur.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, Azərbaycan hökuməti indiki şərtlər daxilində borclanmaya məcburdur: “Çünki dünya bazarında neftin baha vaxtlarında hökumət iri layihələrin icrası üçün ciddi öhdəliklər götürüb. Xarici borclanma tədiyyə balansındakı fərq baxımından da əhəmiyyətlidir. Yeni situasiyanın ölkəni sürətlə borclandırması fikri doğrudur”.

Buna da bax:​ Dünya Bankından 400 milyon borc istənilir

“Bu vəsaitlər də əvvəlki illərdə olduğu kimi...”

Ekspert bildirir ki, real borc yükü Ümumi Daxili Məhsulun 65-70 faizi həcmindədir və daha da artacaq.

“Özəl sektorun inkişafı məqsədi ilə niyə kredit götürülür” sualına gəlincə, R. Həsənov deyir ki, bu vəsait özəl sektorun inkişafından ötrü hüquqi və institusional dəyişikliklərin gerçəkləşdirilməsinə, təşviqedici mexanizmlərin hazırlanmasına, infrastrukturun təkmilləşdirilməsinə yönəldiləcək: “Ancaq bu xərcləmələrdə səmərəlilik mühüm faktor olmalıdır. Bu vəsait, əvvəlki illərdə olduğu kimi, sadəcə, formal xarakterli tədbirlərin icrasına yönəldilərsə və yaxud korrupsiya predmetinə çevrilirsə, gələcəkdə bu kreditin qaytarılma öhdəliyi biznesi daha da əzəcək. Başqa sözlə, götürülən kreditlər iqtisadi mühitə əlavə dəyər zəncirinin katalizatoru rolunu oynamaqla, ümumi inkişafa xidmət etməlidir”.

Buna da bax:​ İqtisadiyyat 2.5 faiz azalacaq

“Nədən daxili ehtiyac və kəsirlərimizi kreditlər hesabına ödəyirik?”

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, son zamanlar artan sıx kredit əməkdaşlığından bəri Azərbaycan Çin və Hindistandan sonra AİB-in üçüncü əsas tərəfdaşına çevrilib: “Bunun başlıca səbəbi AİB-in Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi texniki dəstək və islahatlar paketi təqdim etmədən, qeydsiz-şərtsiz borc verməsidir. Ola bilər ki, adını sadaladığımız banklar da yaxın zamanlarda Azərbaycana kredit ayırsın. Onu demək istərdim ki, Azərbaycan həqiqətən donor dövlətə çevrilibsə, onda nədən daxili ehtiyac və kəsirlərimizi kreditlər hesabına ödəyirik”.

Buna da bax:​ 'Azərsu' ASC 600 milyon dollar kredit alıb

Ekspertin fikrincə, milli iqtisadiyyatın qarşısında duran vacib vəzifə - qeyri-neft sektoruna xaricdən kredit vəsaitləri deyil, birbaşa sərmayələr cəlb etməkdir: “Çünki investisiyalar borc öhdəliyi yaratmır, əksinə, yeni və əlavə dəyər formalaşdıraraq, iqtisadi inkişafa xidmət edir”.

XS
SM
MD
LG