Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:56

'Cırtdan satılmır, Çin malı nə qədər istəsən var...'


Oyuncaq gəlincik. 02dek2016
Oyuncaq gəlincik. 02dek2016

“Bunlar gildən hazırlanmış uşaq oyuncaqlarıdır. Müxtəlif heyvan təsvirləridir. Bəzi oyucaqları tərpədəndə içindən səslər gəlir. Uşağın sakitləşməsi üçün cürbəcür səs çıxaran indiki oyuncaqları xatırladır. Bunlar, əsasən, uşaq beyninin inkişafına görə hazırlanan oyuncaqlardır. Miladdan öncə 3-cü, miladın 8-ci əsrlərini əhatə edir”.

Azərbaycan Tarix Muzeyinin əməkdaşı Sahibə Ələkbərova əsrlər öncə hazırlanan uşaq oyuncaqlarını fəxrlə nümayiş etdirir. Zarafat deyil, bu oyuncaqlar min illər öncənin əl işləridir. Necə deyərlər, yerli məhsuldur, sınmayıb, dağılmayıb, özü də təbii materiallardan hazırlanıb. Ancaq əsrlər, minillər sonra Azərbaycanda uşaq oyuncaqları istehsalı yoxdur.

Buna da bax:​ Qazaxıstanda oyuncaqlar 'senzura'dan keçəcək

Tarix muzeyində qədim oyuncaqlar
Tarix muzeyində qədim oyuncaqlar

Cırtdan, Tıq-Tıq xanım yoxdur, Çin məhsulu var

“Adamlar gəlir, yerli istehsal milli oyuncaqların olub-olmamasıyla maraqlanır. O da yoxdur, heç Çində də hazırlada bilmirik. İndi uşaqlar daha çox dinozavrla, adamyeyənlə, belə oyuncaqlarla maraqlanırlar. Gətirdiyimiz, əsasən, Çin malıdır, nadir hallarda Rusiyadan da olur”.

Xalid Fərmanov da bir çox işadamı kimi, uşaq oyuncaqlarını Azərbaycana Çindən gətirir. Deyir, indiyədək bazarda nə Cırtdan, nə də Tıq-Tıq xanım kimi milli nağıl qəhrəmanları obrazında oyuncaq görməyib.

Sahibə Ələkbərova: 'Zarafat deyil, bu oyuncaqlar min illər öncənin əl işləridir'
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

Qarşısına milli geyimdə gəlincik qoyulan mağazanın satıcısı Bahadır deyir ki, satışda tək-tük belə gəlinciklər olur, oyuncaqlarsa yoxdur:

“Bu, gəlincik olsa da, suvenirdir. Ancaq oyuncaqlar yoxdur, istehsal yoxdur, axı”.

Buna da bax:​ "Oyuncaq əhvalatları": dünyanın müxtəlif ölkələrində uşaqlar və oyuncaqları

Keyfiyyətsiz, zərərli Çin oyuncaqları

İndi Bakının alış-veriş yerləri ucuzlu-bahalı müxtəlif oyuncaqlarla doludur. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycana gətirilən oyuncaqların da əsas istehsal yeri Çindir.

Çin istehsallı oyuncaqlar. 02dek2016
Çin istehsallı oyuncaqlar. 02dek2016

“Ancaq bizdə Çindən gətirilən keyfiyyətsiz, zərərli oyuncaqlar daha çoxdur. Özü də bu gün durum daha bərbaddır”.

Bunu Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir və sözünə davam edir:

“İndi sahibkarlara toxunulmazlıq şəraiti var. Ölkənin əmtəə bazarının bütün seqmentlərində, o cümlədən oyuncaqlarda zibillənmə gedir. Oyuncaqlar Nazirlər Kabinetinin 343 saylı qərarı ilə məcburi sertifikatlaşdırılan mallar siyahısındadır. Ölkənin əmtəə bazarına daxil olmazdan öncə mütləq sertifikatlaşdırılmalıdır. Ancaq bizdə 700-dən çox mal və xidmət, o cümlədən uşaq oyuncaqları var ki, sertifikatlaşdırılmadan ölkənin əmtəə bazarında satılır. Çünki hökumət biznes qurumlarına toxunulmazlıq şəraiti yaradıb. Kim kimi istəyir aldada və kim nə istəyir, gətirib sata bilər. Çox ciddi hüquq pozuntuları var. Onlara gərək Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sertifikat versin”.

Eyyub Hüseynov: 'Onlara gərək Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sertifikat versin'
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00
Direct-ə keçid

Eyyub Hüseynov keyfiyyətsiz oyuncaqların təkcə Çindən deyil, Tayvan, Rusiya və Hindistandan da gətirildiyini söyləyir.

Buna da bax: "Bazarda saxta mal çoxdur"

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi: “Biz də eşidirik”

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir il əvvələdək ticarət yerlərində yoxlamalar keçirib zərərli və vaxtıkeçmiş məhsulları, o cümlədən oyuncaqları satışdan çıxarırmış. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı AzadlıqRadiosu-na deyir ki, sertifikatlaşdırma 2012-ci ildən prezidentin fərmanı ilə komitənin səlahiyyətlərindən çıxarılıb. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşma üzrə Dövlət Nəzarəti Xidməti isə bir il öncəyədək satış yerlərində nəzarətlə məşğul olub. Ötən ilin noyabrında yeni qanunla sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırılıb:

Fazil Talıblı: 'Yoxlayıcı orqanlar planlı yoxlamaları dayandırıb, belə fəaliyyəti dondurublar'
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00
Direct-ə keçid

“Bu qanunun tələbinə əsasən, yoxlayıcı orqanlar planlı yoxlamaları dayandırıb, belə fəaliyyəti dondurublar. Əslində, bu qanunun qəbulu sahibkarlara dövlət dəstəyi üçündür, sahibkarlığın inkişafına yönələn qanunvericilik aktıdır. Lakin təəssüf ki, bəzi sahibkarlar bundan sui-istifadə edirlər. Bu barədə biz də eşidirik”.

Xalid Fərmanov: 'İndiyədək bazarda nə Cırtdan, nə də Tıq-Tıq xanım kimi oyuncaqlar görməmişəm'
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Buna da bax:​ «Bu Azərbaycan, bu Türkiyə malıdır: fərq ancaq qiymətdədir»

İşadamı Xalid Fərmanovsa deyir ki, keyfiyyətsiz məhsullar əvvəllər bazarda daha çox olub:

“Keyfiyyətsiz məhsullar əvvəllər gətirilirdi. Mala baxınca bilirdin ki, keyfiyyətsizdir. Baxın, bu da Çin məhsuludur, plastmasdır, təmizdir. Bir də var çox keyfiyyətsiz, zibildən hazırlananlar. İyi, qoxusu olur, görünüşündən də bilinir. Ancaq elə oyuncaqlar da gətirənlər olur, əsas da rayonlara satırlar”.

Bakıda oyuncaq mağazası Natiq Sadıqov indi laboratoriya yoxlamalarının daha ciddi keçirildiyini, bu üzdən, keyfiyyətsiz məhsul gətirilib satılmasına inanmadığını söyləyir:

“Belə şeylər 2000-ci illərdə olurdu, indi yoxdur. Axı indi laboratoriyalarda ciddi yoxlayırlar. Bəlkə də var, ancaq satılan məhsullar Çin malıdır, bunu hamı bilir. Amma keyfiyyətlidir”.

Buna da bax:​ Gömrükdən rüşvət götürülsə...

Sanitar-Epidemiologiya Mərkəzi: Yoxlama keçirmirik...

Səhiyyə Nazirliyi Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, ötən ilin noyabrından onları hər hansı məhsulun, elə uşaq oyuncaqlarının da ziyanlı olub-olmaması ilə bağlı yoxlama keçirmirlər:

“Heç bir laboratoriya tədqiqatı keçirməmişik, yoxlama da aparmamışıq. Vətəndaşlar da müraciət etməyiblər. Onlar nümunə gətirsə, rəngindən, iyindən şikayət etsə, biz tədqiqat apararıq, ancaq özümüz edə bilmərik”.

Satışda olan keyfiyyətsiz oyuncaqların ölkəyə necə gətirilməsinə Dövlət Gömrük Komitəsindən cavab almaq mümkün olmadı. AzadlıqRadiosu-nun günboyu bütün cəhdləri cavabsız qaldı.

VİDEO

'Cırtdan satılmır, Çin malı nə qədər istəsən var...'
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

XS
SM
MD
LG