Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:07

Hesablama Palatası gələn ilin büdcəsini bəyəndi


The final version of the budget of Azerbaijan. Cartoon. Gunduz Aghayev
The final version of the budget of Azerbaijan. Cartoon. Gunduz Aghayev

“Büdcə zərfi”ndə növbəti ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” qanununun tələbləri gözlənilməklə tərtib edilib.

Hesablama Palatasının “2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə belə deyilir.

Sənəddə ötən illərdən fərqli olaraq 2017-ci ilin dövlət büdcəsinin layihəsində manatın məzənnəsi və ümumi daxili məhsulun (ÜDM) digər valyutada proqnozlaşdırılan həcmi ilə bağlı məlumatlar əks etdirilməyib.

Buna da bax:​ ÜDM 3,7 faiz azalıb

Gəlirlər azalıb

Sənəddə qeyd edilir ki, 2017-ci ilə dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon proqnozlaşdırılıb.

“Bu manat məbləğində olmaqla 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 867 milyon manat azdır. Dövlət büdcəsinin gəlirlərinin qeyri-neft sektoru üzrə təklif olunan proqnozu 2015-ci ilin icrasından 821 882 min manat, bu ilin gözlənilən icrasından isə 503 000,0 min manat çoxdur”, sənəddə deyilir.

Layihədə ilk dəfə xarici ölkələrdən qrantların proqnozlaşdırılmış məbləği əks etdirilib.

Buna da bax:​ Mənfəət vergisindən daxilolmalar azalır

“Eyni zamanda ilk dəfə olaraq il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi ayrıca olaraq nəzərdə tutulub”, - deyə rəydə vurğulanır.

Rəyə görə, gələn ilin büdcəsində Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə ödənilməsi təmin edilən vergi gəlirləri 8 559 000 min manat məbləğində proqnozlaşdırılıb. Bu 2016-cı ilin gözlənilən büdcə icrasına nisbətən isə 7 faiz çoxdur.

Buna da bax:​ Ekspert: 'Gələn ilə çox qənaətcil büdcə gözlənilir'

Xərclər də...

Rəydə büdcənin xərclərinin də azaldığı qeyd edilir.

“Layihədə dövlət büdcəsinin xərcləri 16 600,0 mln. manat məbləğindədir. Bu 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 1 895,0 mln. manat və ya 10,2 faiz az proqnozlaşdırılıb”- deyə bildirilir.

İqtisadçılar deyir ki, bu Azərbaycanda son 10 ilin ən kiçik büdcəsidir.

XS
SM
MD
LG