Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

'153 milyon iki nəfərin rəhbərliyilə mənimsənilib'


Əli Abbasov, keçmiş rabitə naziri
Əli Abbasov, keçmiş rabitə naziri

Ayda qeyri- rəsmi 30 min "paket" pul aldığını etiraf edən nazir müavinləri hələ də buvəzifədədir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri də daxil, vəzifəli şəxslərininməhkəmə prosesi yeni başlayıb. Amma iş materialları bəri başdan bu prosesin gərgin vəmaraqlı keçəcəyini deməyə əsas verir. Cinayət işi təkcə keçmiş nazir Əli Abbasovun yox, indidə yüksək vəzifələrdə çalışan, prezidentin hələ də etimad göstərdiyi şəxslərin əleyhinəifadələrlə zəngindir. Məsələn, həmin şəxslər sırasında hazırda da Rabitə və YüksəkTexnologiyalar nazirinin müavini postunda çalışan İltimas Məmmədov, Elmir Vəlizadənin adlarını çəkmək olar.

Milyonlarla mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanannazirliyin Aparat rəhbəri Vidadi Zeynalov avqustda istintaqa ifadəsində deyib ki, özünü təqsirlibilmir. Əlavə edib ki, ona ittiham verilmiş 153 milyon manatın mənimsənilməsi, israf edilməsi keçmiş nazir Əli Abbasov və o zaman onun birinci müavini olmuş, hazırda da nazir müavinipostunu tutan İltimas Məmmədovun təşkilatçılığı, faktiki rəhbərliyilə gerçəkləşdirilib.

Buna da bax: MTN İlham Əliyevi dinləyib?

Rabitə və Yüksək Texnologiyalar nazirliyinin internet səhifəsi
Rabitə və Yüksək Texnologiyalar nazirliyinin internet səhifəsi

"Əvvəl 15, sonra 20, axırda da 30 min "paket" alırdım"

İltimas Məmmədov da istintaqda dindirilib, şahid kimi. Deyib ki, 2005-ci ilin dekabrındannazir müavinidir. Nazirliyin ayrı-ayrı qurumlarından aylıq pullar yığılmasından xəbərdarolmayıb, bu barədə istər keçmiş nazir Əli Abbasovla, istərsə də nazirliyin Aparat rəhbəri VidadiZeynalovla heç danışmayıblar.

İltimas Məmmədov ifadəsində etiraf edib ki, nəinki nazirliyin işçilərinə "paket"şəklində aylıqpullar verilməsindən xəbərdar olub, hətta özü də belə pullar alıbBildirib ki, V. Zeynalov onun özünə əvvəllər "paket" şəklində aylıq 15 min manat, bir müddət sonra 20 min manat, son birildə isə 30 min manat manat pul verib. Amma həmin pulların hansı mənbədən gəldiyindənxəbəri olmayıb. Dediyinə görə, bu barədə keçmiş nazir Əli Abbasovdan soruşub. O da cavab verib ki, "paket" pullar razılaşdırılıb.

"Tərəqqi" medallı nazir müavininin etirafları

Elmir Veliyev
Elmir Veliyev

Digər nazir müavini Elmir Vəlizadə istintaqa ifadəsində deyib ki, 2007-ci ilin dekabrından buvəzifədədir. Etiraf edib ki, keçmiş nazir Əli Abbasov ona ilkin dövrlərdə aylıq 3 min manat,sonradan 15 min manat, son vaxtlarda isə 30 min "paket" şəklində pullar verib. Dediyinə görə,əvvəllər bu pulları almaq istəməyib, amma Əli Abbasov qəbul eləməyib. Bildirib ki, həminpullar ümumi qaydada işçilər arasında paylanır. Bundan sonra o da "paket" maaş almaqdadavam edib.

Elmir Vəlizadə 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi"

medalı ilə təltif olunub.

Əli Abbasovun bacısının kürəkəni tapşırıqla qalib gəlirmiş...

Cinayət işinin materiallarından bəlli olur ki, Əli Abbasovun özü ilə yanaşı, qohumları da istintaqa cəlb olunub. Məsələn, bacısının kürəkəni, "Virqo" MMC-nin rəhbəri Seymur Quluzadə. Bu şirkət də əsasən "TPP" markalı rabitə kabellərinin satışıyla məşğul olub. Belarusvə Türkiyədən kabel gətirən şirkət, ancaq "Aztelekom" MMC ilə işləyib.

Nazirliyin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun əleyhinə danışan SeymurQuluzadə deyibki, onu bu işə o adam cəlb eləyib:

Foto: arxiv
Foto: arxiv

"Vidadi Zeynalov mənə demişdi ki, kabel alınması üçünmüəssisənin hesabına köçürülən ƏDV-li pulun 35 faizi, ƏDV-siz məbləğin isə 40 faizi nəğdqaydada ona təqdim olunmalıdır. Bu, Rabitə Nazirliyinin müəyyənləşdirdiyi ümumi qaydadır".

"Virqo" MMC ilə "Aztelekom"un tabeliyində olan Astara, Şəki, Tovuz, Şəmkir, Bərdə,Ağcəbədi, Tərtər, Siyəzən, Lənkəran, Goranboy, Neftçala, Salyan,

XS
SM
MD
LG