Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 22:35

Gəncə avtomobil zavodu özəlləşdirməyə çıxarılır


İlham Əliyev Gəncə avtomobil zavodunda
İlham Əliyev Gəncə avtomobil zavodunda

Nazirlər Kabinetinin qərarında nəzərdə tutulub. “Marja”-nın xəbərinə görə, Gəncə avtomobil zavodu hazırda da fəaliyyət göstərir. Maşın və traktorlar istehsal edir.

Qərara görə, zavod səhmdar cəmiyyət kimi, investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcək.

Gəncə Avtomobil Zavodunun əsası 1986-cı ildə qoyulub. Müəssisə tikintisi layihəyə görə, 1989-cü ilin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisi bir müddət yarımçıq qalıb. Yalnız 2004-cü ilin dekabrında Gəncə Avtomobil Zavodu işə düşüb.

Buna da bax: Azərbaycanın illərdir açılan zavodlarından nə xəbər?

Gömrük Hospitalı, “Kaspar” və Dəmiryol xəstəxanası özəlləşdirilir

Yaxın vaxtlarda Azərbaycanın bir sıra iri tibb müəssisələrinin də özəlləşdirməyə çıxarılacağı gözlənilir. Bura Gömrük Hospitalı, Mərkəzi Dənizçilər Xəstəxanası (Kaspar) və onun nəzdindəki uşaq poliklinikası daxildir. Habelə, Dəmiryol, Heydər Əliyev prospektində yenicə inşa edilən və hələ tam fəaliyyətə başlamamış Sağlamlıq Mərkəzinin də özəlləşdirməyə çıxarılacağı bildirilir. Özəlləşdirməyə açılan obyektlərin bir hissəsinin də stomatoloji poliklinikalar olduğu qeyd edilib.

XS
SM
MD
LG