Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:42

Erməni generalın baş katib seçilməsinə Azərbaycan mane olur?


Foto arxiv
Foto arxiv

MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katib seçilməsi məsələsi dekabrın sonlarında Sankt-Peterburqda müzakirə olunacaq.

Bunu Rusiya mətbuatına təşkilatın hazırkı baş katibi Nikolay Bordyuja deyib.

Bu təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, rotasiya əsasında bu vəzifəyə Ermənistanın nümayəndəsi təyin edilməlidir və bu, oktyabrın 14-də Yerevanda elan olunmalı idi.

Amma Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstəliyə görə Yerevana səfərini təxirə saldı, sonra isə Ermənistan prezidenti Serj Sarkisyan səbəbini izah etmədən bildirdi ki, bu məsələ dekabrın sonlarında Sankt-Peterburqda müzakirə olunacaq.

Mənbə yazır ki, Ermənistanın nümayəndəsi bu təşkilata hələ ötən ilin dekabrında təyin edilməli idi, amma həmin vaxt Nikolay Brdyujanın səlahiyyət müddəti gözlənilmədən daha 1 il uzadıldı.

Erməni politoloq Stepan Qriqoryan hesab edir ki, problem Azərbaycanın qəti şəkildə buna etiraz eləməsindədir.

“Azərbaycan yeni hücuma hazırlaşır. Təsəvvür edin ki, Ermənistanın nümayəndəsi təşkilatın baş katibidir. Aydındır ki, o Ermənistanın maraqlarını daha çox müdafiə edəcək. Bu nəqədər beynəlxalq təşkilat və nə qədər neytral osa da aydındır ki, Ermənistan burda üzv ölkədir və baş katib Ermənistandan olsa, Azərbaycanın müharibəyə başlayacağı halda təşkilat daha operativ razılaşdırılmış hərəkət qəbul edəcək” deyə o bildirib.

Əgər yeni baş katib təyin edilsə o təşkilatıgələn il yanvarın 1-dən idarə edəcək.

XS
SM
MD
LG