Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:21

İxrac yarım milyard dollardan çox azalıb


Neft buruğu
Neft buruğu

2016-nın yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətinin həcmi 12 milyard 742 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, bu keçən ilin analoji dövrünə nisbətdən 22.64 faiz azdır.

Komitənin bilgilərinə görə, idxalın həcmi 6 milyard 201 milyon ABŞ dolları olub (5.89 faiz azalma).

Buna da bax:​ Dəyərsizləşən manatın fonunda idxalı artan məhsullar da var...

Sentyabrda ixrac yarım milyarddan çox azalıb

İxrac isə 6 milyard 541 milyon ABŞ dollarına (33.81 faiz azalma) bərabər olub. Nəticədə illik əsasda 339.7 milyonluq müsbət saldo əmələ gəlib. Aylıq əsasda isə, müsbət saldo olsa da həcmi aşağı düşüb. Avqustda bir ay öncəsinə görə, 494 milyonluq müsbət saldo olsa da, sentyabrda avqusta nəzərən 80 milyon olub. Ekspertlər avqustda olan müsbət saldonu qaz ixracının səbəb olduğunu bildirir. Beləliklə, avqustda ixrac 1 milyard 269 milyon dollar idisə, sentyabrda 751 milyon olub, 517 milyonluq azalma.

İxracda əsas neftdir

İxracda əsas yeri xam neft tutur – 71.85 faiz. Bundan başqa, Azərbaycandan kənara satılan mallar arasında təbii qaz – 10.98, neft məhsulları 4.06, meyvə-tərəvəz isə 3.31 faiz yer tutub.

Buna da bax:​ Azərbaycanlı neft baronu Şimal dənizinə sərmayə qoyur

Azərbaycanın aldığı məhsullarda - idxalda isə əsas yeri maşın, mexanizm, elektrik aparatları və avadanlıqları tutur - 23.05 faiz. Yeyinti məhsulları idxalda 15.31, qara metallar və onlardan hazırlanan məmulatlar – 14.19 faiz təşkil edib.

XS
SM
MD
LG