Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:13

Ermənistanın dövlət borcu 'şişib'


Karen Karapetian
Karen Karapetian

“Avqustun sonunadək Ermənistanın dövlət borcu artıq 5,5 milyard dollara çatıb, amma ilin sonunadək daha da artaraq daxili məhsulun 54, 4 faizini təşkil edəcək”.

Bunu hökumətin iclasında 2017-ci ilin büdcə layihəsini təqdim edərkən Ermənistanın maliyyə naziri Vardan Aramyan deyib.

O, 2015-2016-cı illərdə dövlət borcunun 5,5 milyard dollara çatdığını bildirib.

Aramyan deyib ki, borcun gələcəkdə daha da artmaması üçün hökumət növbəti illərdə daha qənaətçil olmalıdır.

O bildirib ki, dövlət büdcəsində xərclər gəlirlərdən çox olduğuna görə, hökumətin böyük borcu əmələ gəlib.

Nazirliyin məlumatına görə, 2014-cü ilin sonunda dövlət borcu 4 milyard 441 milyon dollar idisə, bu il avqustun sonunda artıq 5 milyard 484 milyon dollara çatıb, yəni 1 il 8 ay ərzində 1 milyard dollardan da çox artıb.

Rəsmilərin sözlərinə görə, əhali bunun təsirini artıq gələn il hiss edəcək.

Baş nazir Karen Karapetyan gələn il xərclərin təxminən 200 milyon dollar azaldılacağını, vergi yığımının isə artırılacağını bildirib.

Maliyyə nazirliyinin məlumatına görə, 2008-ci ildə- iqtisadi böhranadək daxili məhsulun həcmi 11,9 milyard dollar, dövlət borcu isə 1,9 milyard dollar olduğu halda, 2015-ci ildə daxili məhsulun həcmi 10,5 milyard dolllara düşüb, borc isə 2,6 dəfə çoxalaraq 5 milyard 71 milyon dollar olub.

Ermənistan hakimiyyəti əvvəlki illərdə bu borcların ölkə iqtisadiyyatının inkişafı üçün götürüldüyünü bildirsə də yeni baş nazir Karen Karapetyan bu günlərdə parlamentdə çıxış edərkən ölkə iqtisadiyyatının şox ağır vəziyyətdə olduğunu bildirib.

Və burdan belə bir sual doğur ki, Ermənistan vətəndaşlarının adından götürülmüş 3,5 milyard dollardan artıq borc hara sərf olunub.

İqtisadçı Artak Manukyanın sözlərinə görə, götürülən kreditlər effektli olmayıb:” 2019-cu ildə biz bu borcların ödənilməsinə çpx böyük məbləğdə vəsait yönəltməli olacağıq. Və əgər bu kreditlər iqtisadiyyatın inkişafına sərf olunmayıbsa, onda ciddi problemlərimiz olacaq”, deyə o, AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində vurğulayıb.

XS
SM
MD
LG