Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:30

'Qiyamçı müstəntiq'in anası: 'Rüfət kimi günahsızlar çoxdur'


Tahirə Səfərova və Eldar Sabiroğlu
Tahirə Səfərova və Eldar Sabiroğlu

“Qiyamçı müstəntiq”in anası ictimaiyyata müraciət edib...

“Rüfəti şərləyib həbsə atdılar. Bir ana olaraq bu dərəcədə qəddarlığa izah tapa bilmirəm. İnsan taleyi ilə oynamaq, sən demə, çox asanmış. Mən oğlumun timsalında buna bir daha inandım və gördüm ki, azad söz danışanın dilini necə amansızcasına kəsərmişlər”.

Həbsdə olan “qiyamçı müstəntiq” Rüfət Səfərovun anası Tahirə Səfərovanın ictimai müraciətində belə deyilir.

O, müraciətində qeyd edir ki, Rüfət qanunsuzluğa, rüşvətxorluğa ehtiraz edərək öz mövqeyini ortaya qoyub və nəticəsi də belə olub.

Buna da bax: «Üsyançı» müstəntiq azad olundu [Video]

Sifariş qulu olan hakim və dövlət ittihamçısı...

“Öyrədilmiş şahidləri üzünə dayandıraraq qisasçılığa əl atanlar Allah qarşısında böyük günaha imza qoydular. Bəli, Rüfət kimi günahsızlar çoxdur. Oğlum da onlardan biri kimi heç bir təqsirin sahibi deyil. Yeganə günahı onun açıqfikirli, haqqsızlığa qarşı dözümsüz olması ilə bağlıdır. Mən elə övlad böyütmədim ki, hansısa çirkli, ədalətsiz işlə məşqul olsun”, müracətdə deyilir.

Üzünü R.Səfərovun işində adı keçən şahidlərə tutan ana qeyd edir ki, böyük qəhrəmanlıq nümayiş etdirməyiblər, nə zamansa bunun bədəlini ödəyəcəklər.

Buna da bax: 'Ramiz Mehdiyevə həsr etdiyim yazıların acısını bu gün oğlum çəkir'

İradən sınmasın, mətanətlə dayan!

T.Səfərova oğlundan darıxmamasını istəyir, yaman günün ömrünün az olacağını deyir.

“İradən sınmasın, səni sındırmaq istəyənlərin qarşısında mətanətlə dayan. Dözümlü ol, mübariz ol, anan bu savaş yolunda hər an, hər dəqiqə səninlədir. Südüm sənə halan olsun!”, ana müraciətinin sonunda qeyd edir.

Rüfət Səfərov sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzasına layiq görülüb.

Buna da bax: Həbsdə olan keçmiş müstəntiq ailəsi ilə danışıb

Ötən il dekabrın 20-də o, ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Bundan dərhal sonra Zərdab rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılmışdı.

Yanvarın 15-də isə R.Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş və o, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Buna da bax:

Sabiq müstəntiq Rüfət Səfərov həbs edildi - 9 il [Video]
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

XS
SM
MD
LG