Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:27

Amerikalıların 55 faizi İslama mənfi münasibət bəsləyir


Amerikalıların 55 faizi İslama mənfi münasibət bəsləyir
Amerikalıların 55 faizi İslama mənfi münasibət bəsləyir

Bu yaxınlarda keçirilmiş rəy sorğusu iştirakçılarının 45,5 faizi hesab edir ki, müsəlmanlar Amerika cəmiyyətinin baxışlarını paylaşmır.

Artıq xəbərlərdə Amerika müsəlmanlarına aid hansısa zorakılıq, yaxud dözümsüzlük əməlinin törədildiyini eşitmək adi haldır. Bütün bunlar təsadüfi baş vermir və təhlükəli islamofobiya trendinin əlamətləridir. Özü də bu trend tezliklə sona çatana oxşamır.

TENDENSİYA DƏRİNLƏŞİR

Son illərdə aparılmış çoxsaylı tədqiqatlar ABŞ-da antimüsəlman və antiərəb düşüncələrin artmaqda olduğunu göstərir. "Huffington Post"un keçirdiyi "YouGov" sorğusunun nəticələrinə görə, amerikalıların 55 faizi İslama mənfi münasibət bəsləyir.

Buna da bax:​ Amerikalilar İslamdan qorxmalıdırmı?

Minnesota Universitetinin açıqladığı yeni hesabatda isə durumun nə qədər ağır olduğu daha yaxşı görünür. Sosioloqlar İslama münasibətin təkcə digər dinlərə yanaşmadan daha mənfi olmadığını, həm də bu tendensiyanın dərinləşdiyini aşkar ediblər.

Tədqiqat ateistlərə mənfi münasibətin öyrəniləməsinə fokuslanıb. Əhalisinin çoxunun xristian olduğu ABŞ-da ateistlərə həmişə, əsasən, mənfi baxıblar. Ancaq 2014 və 2003-cü illər arasında keçirilmiş 2 min 521 sorğunun nəticələrinin təhlili göstərib ki, bu mənada müsəlmanlara yanaşma ateistləri də ötüb keçib.

2003-cü ildə respondentlərin 40%-i ateistlərin onların "Amerika cəmiyyəti ilə bağlı baxışlarını" paylaşmadığını demişdi. Sorğu iştirakçılarının təqribən 26%-i müsəlmanlar barədə eyni fikri ifadə etmişdi.

Buna da bax:​ Konqresin ilk müsəlman üzvü yazır

45 FAİZ

10 ildən bir az çox müddət ərzində ateistlərə münasibət ciddi dəyişməyib. Respondentlərin 40%-i ateistlərin onların "Amerika cəmiyyəti ilə bağlı baxışlarını" paylaşmadığını deyir.

Ancaq müsəlmanlarla bağlı eyni fikri ifadə edənlərin sayı 45,5%-ə yüksəlib. Sorğuda ayrı-ayrılıqda iştirakçıların mühacirlər, mühafizəkar xristianlar, Afrika mənşəli amerikalılar və cinsi azlıqlara münasibəti də öyrənilib. Ancaq müsəlmanlara mənfi yanaşmanın artma dinamikası bunların hər birindən sürətli olub.

Amerikalıların, az qala, yarısı - 48,9%-i - uşaqları müsəlmanla evlənmək istəsə, onlara xeyir-dua verməyəcəklərini söyləyib. 2003-cü ildə bu göstərici 33,5 % olub. Ateistlər barədə eyni fikri paylaşan amerikalıların sayı 43,7% olub.

Buna da bax:​ 11 sentyabrdan 15 il keçdi

260-DAN ÇOX ZORAKILIQ ƏMƏLİ

"Huffington Post" yazır ki, ABŞ-da müsəlmanlara bu mənfi yanaşmanın real və təhlükəli nəticələri ola bilər. "Muslim Advocates" qrupu bildirir ki, ötən ilin noyabrında Parisdəki terror hücumlarından bəri ABŞ-da müsəlmanlara qarşı 100-dən artıq nifrət cinayəti törədilib.

Corctaun Universitetinin "Bridge Initiative" tədqiqat layihəsi isə üzə çıxarıb ki, 2015-ci ildə müsəlmanlara qarşı zorakılıq və vandalizm hərəkətlərinin sayı 11 sentyabr hücumlarından bəri ən yüksək həddə çatıb. "Huffington Post" 2016-cı ilin bu gününə qədər müsəlmanlarla bağlı 260-dan çox zorakılıq və ayrıseçkilik əməlini qeydə alıb. Bura siyasi nitqlər də daxildir.

XS
SM
MD
LG