Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:26

Hərbi ekspert: 'Biz Bakıdan, Gəncədən, Mingəçevirdən muğayat olmalıyıq'


Iskander-M raketləri
Iskander-M raketləri

“Biz Bakıdan, Gəncədən, Mingəçevirdən muğayat olmalıyıq”. Hərbi ekspert Azad İsazadə sentyabrın 21-də Ermənistanda keçirilən hərbi paradda nümayiş etdirilən “İskander -M” raket kompleksindən danışarkən belə deyir.

O bu raket kompleksinin çox uzaq hədəflərə vurduğunu söyləsə də, bir məqamı da qeyd edir:

“Heç bir tərəf bu addımı atmayacaq”

Azad İsazadə
Azad İsazadə

“Təhlükə qalır. Amma Dağlıq Qarabağdan Bakıya 300 km məsafə varsa, Naxçıvanın sərhədindən Yerevana cəmi 40 km-dir. Deməli, “İskander-M” qalxıb Bakıya çatana qədər Naxçıvandan Ermənistan paytaxtına 3 raket göndəriləcək. Biz başa düşməliyik ki, nə ermənilər bu addımı atacaq, nə də azərbaycanlılar”.

"Əslində hərbi parad keçirməkdə məqsəd “İskander-M”-i nümayiş etdirməkdir".

Azərbaycandakı hərbi ekspertlər əmindirlər ki, Ermənistan hərbi paradla bu ilin aprel döyüşlərində üstünlük qazandığını deyən Azərbaycana cavab vermək, “əzələ nümayiş etdirmək” istəyir.

Buna da bax:​ Deputat: ‘Dörd dənə 'İskander' bizi vahiməyə salmamalıdır’

Azad İsazadə deyir ki, tədbirdə məhz bu məqsədlə Ermənistan Silahlı Qüvvələri bir neçə yeni silah nümayiş etdirib: “Onlardan bəzisi Azərbaycanda da var, bəziləri olmasa da, onun əvəzedicisi, oxşarı var”.

Amma yerli ekspertlər bu qənaətdədirlər ki, tədbirdə diqqətçəkən hələ məşq zamanı həm Ermənistanda, həm də Azərbaycanda “səs-küy” yaratmış “İskander-M” raket kompleksləri olub.

“Ən təhlükəli raket kompleksidir”

Telman Əbilov: 'Bu, ən təhlükəli raket kompleksidir. 500 km hədəfi vurur, özü də havadan müdafiə sistemi onu tuta bilmir'
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00
"Dağlıq Qarabağdan Bakıya 300 km məsafə varsa, Naxçıvanın sərhədindən Yerevana cəmi 40 km-dir".

Telman Əbilov, hərbi ekspert
Telman Əbilov, hərbi ekspert

Hərbi ekspert Telman Əbilov deyir ki, əslində hərbi parad keçirməkdə məqsəd “İskander-M”-i nümayiş etdirməkdir. “Bu, ən təhlükəli raket kompleksidir. 500 km hədəfi vurur, özü də havadan müdafiə sistemi onu tuta bilmir. Bizdə deyirlər ki, S-300 havadan müdafiə sistemləri-filan var, amma ABŞ-ın ən təkmil havadan müdafiə sistemi olan “Patriot” da onu tuta bilmir. O raket özü trayektoriyasını dəyişdirə-dəyişdirə hədəfə doğru gedir. Bunun təhlükəli tərəfi budur”.

Üzeyir Cəfərli
Üzeyir Cəfərli

Hərbi ekspertlər bu raket kompleksindən bir Rusiyada, bir də Ermənistanda olduğunu xüsusi qeyd edirlər. Düzdür, əksər ekspertlər kimi, Üzeyir Cəfərli həmin raket kompleksinin Rusiyaya məxsus olduğunu deyir: “Sirr deyil ki, iki ölkə arasında birgə hava hücumundan müdafiə haqda müqavilə var. Onun şərtlərinə uyğun olaraq, həmin kompleks nümayiş etdirilib”.

Buna da bax:​ Ermənistan Azərbaycanın 'istənilən nöqtəsini vura bilən' silah alıb?- [Video]

Ancaq ekspert də bir məqamı altını cızaraq vurğulayır: “Unutmamalıyıq ki, Rusiya rahatlıqla onun paradda nümayişinə icazə veribsə, hərbi qarşıdurma zamanı Azərbaycana qarşı da istifadə olunacaq”.

“Nədən çəkindiklərini anlamıram”

Üzeyir Cəfərov: '500 km-lik hədəfi 100 faiz dəqiqliklə vuran “İskander-M”-in Ermənistana nə zaman verilməsi ilə bağlı izahat verilməlidir'
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00
"500 km-lik hədəfi 100 faiz dəqiqliklə vuran “İskander-M”-in Ermənistana nə zaman verilməsi ilə bağlı izahat verilməlidir".

Üzeyir Cəfərli hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) həm Ermənistandan, həm də Rusiyadan bununla bağlı izahat tələb etməlidir:

“500 km-lik hədəfi 100 faiz dəqiqliklə vuran “İskander-M”-in Ermənistana nə zaman verilməsi ilə bağlı izahat verilməlidir. Hər bir ölkə BMT-yə silah satışı haqda arayış təqdim edir. Bu sıradan texnika deyil, ciddi silahdır. Bu texnika Ermənistana Bakını hədəfə almağa imkan verəcək. Mən bizim XİN-in, bəzi rəhbər şəxslərin nədən çəkindiyini anlamıram. O silah göstərilib. Rusiya ATƏT-in həmsədri kimi izahatla çıxış etməlidir. Ermənistan da Avropada adi silahlı qüvvələr haqda konvensiyanın tələbinə uyğun olaraq, bu kompleksə sahib olub-olmaması haqda hesabat verməyib”.

Buna da bax:​ 'Azərbaycana böyük təhlükə'

“Niyə o əjdahadan bizdə yoxdur ” və ya “Azərbaycan da “İskander-M” almalıdır”

Telman Əbilov hesab edir ki, Rusiya ilə münasibəti yaxşı olan Azərbaycan da “İskander-M” ala bilər. “İmtinaya əsas yoxdur. İkincisi də, Azərbaycan İsraildən, başqa ölkələrdən Rusiyada olmayan silah, texnika alsa da, bu raket kompleksini əldə etməlidir. Başqa çarə yoxdur, onun qarşısını ancaq həmin silahla almaq olar. Düzdür, Naxçıvandan Yerevanı, hətta “Metsamor” AES-i, 60-70 km hədəfi vuracaq raketlər var. Amma həmin gücdə silahımız olmalıdır. Bildiyimə görə, Pakistanla danışıq gedir, bu ölkə ona bənzər raket kompleksi istehsal edir. Eynisi alınsa, Ermənistan da sakitləşəcək”, ekspert bildirir.

XS
SM
MD
LG