Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:25

'Hətta sosial şəbəkələrin səhmləri belə bundan çox gəlirə zəmanət verir...'


SOCAR istiqrazları
SOCAR istiqrazları

«Bizim Yol» qəzeti sentyabrın 20-də ABŞ dolları ilə illik 5 faiz gəlirə zəmanət verən, 5 il müddətinə və 3 aydan bir faiz ödənişli istiqrazları satışa çıxacaq SOCAR-ın istiqrazlarının ölkə vətəndaşları üçün nə qədər gəlirli olub-olmayacağını araşdırıb.

Qəzet yazır ki, məmurlar yastıq altında «yatan» pulları ortaya çıxartmaqda qərarlı görünürlər: «Bir istiqrazın nominal dəyəri 1000 dollardır və illik 5 faiz gəlir gətirəcək. Yəni bir istiqraz il ərzində 50 dollar artacaq. İstiqrazın üstünlüyü ona dövlət zəmanətinin olmasıdır, yəni yatırdığınız pulun yoxa çıxma ehtimalı aşağıdır. Baxmayaraq ki, səhm nəzarət paketi dövlətdə olan Azərbaycan Beynəlxalq Bankının timsalında bunun əksi təcrübəsi mövcuddur.

Buna da bax:​ SOCAR istiqrazlarının təqdimatı olub

«Bir istiqrazın nominal dəyəri 1000 dollardır və illik 5 faiz gəlir gətirəcək. Yəni bir istiqraz il ərzində 50 dollar artacaq...»

Xeyli sayda insanın aldığı 100 minlərlə səhm bu gün heç bir divident gətirmir. Səhmləri birja və ya «qara bazar»-da da nominalından iki dəfə aşağı satmaq belə çox vaxt mümkün olmur. Bu yaxınlarda ABB-nin 50 min səhmi 8 qəpiyə təklif olunurdu. Halbuki nominal dəyəri 27 qəpikdir. İstiqrazın isə digər bir üstünlüyü odur ki, onu istədiyiniz zaman nominal dəyəri ilə sata bilərsiz. Bununla yanaşı vəsait daim inflyasiyada olan manatla yox, dollarla yatırılır. Lakin, zəmanətli olsa da gətirdiyi gəlir xırda bir rəqəmdir».

«Hətta sosial şəbəkələrin səhmləri belə bundan çox gəlirə zəmanət verir...»

Qəzet yazır ki, Azərbaycandan kənarda divident gətirən xeyli sayda şirkət var və onların səhmlərini də almaq mümkündür. Hətta sosial şəbəkələrin səhmləri belə bundan çox gəlirə zəmanət verir: «Həm də neftin qiymətinin artması yönündə proqnozlar ümidverici olmadığı halda, istiqrazların davamlı gəlir gətirəcəyi də sual altındadır. Deməyimiz odur ki, iqtisadi böhrandan istiqrazlarla və xalqın hesabına çıxmaq çətin olacaq. Daha ciddi tədbirlərə ehtiyac var».

Buna da bax:​ Qlobal bazarlarda düşüş davam edir

Xalqla açıq danışmaq lazımdır ki, kəməri sıxmaq lazım gələcək

Qüsrət Həsənquliyev: «Kəskin devalvasiyanı əlbəttə heç kim istəməzdi. Amma düşünürəm ki, tədrici devalvasiya getməlidir».

Bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində millət vəkili Qüdrət Həsənquliyev deyib.

“Azərbaycan mütləq əlavə borclanmaya getməlidir. Xarici banklardan 10-15 milyard civarında pul alınmalıdır. Çalışmaq lazımdır ki, almaq mümkün olsun. Azərbaycana kənardan maliyyə dəstəyi lazımdır”.

Buna da bax: Atalar, deyəsən, devalvasiyada da üçdən deyib...

Deputat devalvasiya haqqında da danışıb: “Kəskin devalvasiyanı əlbəttə heç kim istəməzdi. Amma düşünürəm ki, tədrici devalvasiya getməlidir. Ona görə ki, ölkəyə gələn valyuta ilə çıxan valyuta arasında artıq mənfi disbalans yaranıb. Ona görə də başqa yolu yoxdur. Xalqa yanlış ümidlər vermək yox, xalqa açıq danışmaq lazımdır ki, “kəmərləri sıxmaq” lazım gələcək”.

BTC-dən başlanan yol dünyaya şaxələnir

«Ümummilli lider təbii ki, qarşıda bu kimi bir çox çətinliklərin olacağını bilirdi...»

«Azərbaycan» qəzeti yazır ki, 2003-cü ilin əvvəlində Bakı-Tbilisi Ceyhan əsas ixrac neft kəmərinin tikintisinin maliyyələşdirilməsində böyük müşküllər yaranmışdı: «Ümummilli lider təbii ki, qarşıda bu kimi bir çox çətinliklərin olacağını bilirdi. Bununla belə, BTC-nin bütün maneələrdən yenə də keçə biləcəyinə əmin idi. Ona görə də təməlqoyma mərasimində bir çox bədxah qüvvələrə kəmərin bünövrəsinin möhkəm olduğunu böyük inam və qətiyyətlə xatırlatdı: «Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcəkdir!» 2004-cü ilin fevral ayında isə Bakıda, «Gülüstan» sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşməsinə aid son sənədlər imzalandı və problem tamamilə həll olundu».

Buna da bax:​ BTC ilə 208 milyon ton Azərbaycan nefti nəql olunub

Deputat: «Azərbaycan mütləq əlavə borclanmaya getməlidir. Xarici banklardan 10-15 milyard civarında pul alınmalıdır».

Qəzet yazır ki, BTC gələcəyə hesablanmış böyük layihədir: «O, Azərbaycanın qarşısında yeni üfüqlər açmış, ölkəyə geniş iqtisadi imkanlar yaratmışdır. «Əsrin müqaviləsi» çərçivəsində, yəni «Azəri-Çıraq-Günəşli» yataqlarından çıxarılan və BTC-yə vurulan neftin gətirdiyi gəlirlər Azərbaycanda bir sıra sosial məsələlərin qısa müddətdə öz həllini tapmasında, ölkənin dünya iqtisadiyyatına inamla inteqrasiya etməsində böyük rol oynamışdır. İndi Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracının diversifikasiyası üçün geniş imkanlar yaranıb. 2018-ci ildə «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycandan və Gürcüstandan keçərək TANAP-a (Transanadolu Qaz Boru Kəməri) qovuşacaq. Türkiyənin ərazisi ilə uzanan 1900 kilometrlik bu kəmər Yunanıstan sərhədinə çatanda TAP-la (Transadriatik Qaz Boru Kəməri) birləşəcək. Qazın Avropaya nəqlinə isə 2020-ci ildən başlanacağı gözlənilir. Bakı-Tbilisi-Ceyhan kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini formalaşdırdı. İndi Azərbaycan qazı həmin dəhliz vasitəsilə dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidir və bu dəhliz hazırda nəqliyyat dəhlizinə çevrilir».

XS
SM
MD
LG