Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:42

Sabiq müstəntiq Rüfət Səfərov həbs edildi - 9 il [Video]


Sabiq müstəntiq Rüfət Səfərov həbs edildi - 9 il [Video]
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Rüfət Səfərovun azadlıqda son müsahibəsi

Bu gün, sentyabrın 8-i günün ikinci yarısı Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölkədə qanunsuzluqlara etiraz olaraq müstəntiqlikdən istefa verdiyini deyən Rüfət Səfərova 9 il həbs cəzası verilib.

Məhkəmədən sonra Rüfət Səfərovun vəkili Bəhruz Bayramov qərarı böyük biabırçılıq adlandırıb. O deyib ki, hakim qərar tez-tələsik verib, hətta müdafiə tərəfinə çıxışa hazırlaşmağa imkan verməyib. Vəkil deyib ki, qərarı qanunsuz sayır və apelyasiya şikayəti verəcək.

Buna da bax:​ 'Eldar Sabiroğlu: ‘...Sağ olsun İlham Əliyev’

Hələ qərar verilməzdən öncə hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müdafiə nitqi etməkdən ötrü məhkəmədən on gün vaxt istəmişdi.

Amma hakim bunu nəzərə almayıb və vəkilin prosesi qəsdən uzatmaq istəyinin olduğunu deyib.

Bundan sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra vəkil çıxış edərək müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu deyib.

Daha sonra prosesdə R. Səfərova söz verilib. R. Səfərov çıxışa hazır olmadığını, ona bir həftə vaxt verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib və ona çıxışa hazırlaşmağa 15 dəqiqə vaxt verib.

Buna da bax:​ Rüfət Səfərov: "Məni özgür fikrimdən uzaqlaşdırmaq üçün..."

Fasilədən sonra R. Səfərov çıxışa hazır olmadığını deyib və yenidən məhkəmədən vaxt istəyib. Məhkəmə bunu çıxışdan imtina kimi dəyərləndirib.Rüfət Səfərova 9 il həbs cəzası verilib.

Dövlət ittihamçısı ona 10 həbs cəzası istəmişdi.

Rüfət Səfərovun vəkili Bəhruz Bayramov qərarı böyük biabırçılıq adlandırıb.

Ötən il dekabrın 20-də Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb.

Buna da bax:​ Keçmiş müstəntiq: “Hər şey gözləyirəm”

Yanvarın 15-də Rüfət Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş, o həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Rüfət Səfərov hakim Yeni Azərbaycan Partiyasından keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

XS
SM
MD
LG