Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:12

Vahid Mustafayev: Düşmən deyilik


Mirşahin Ağayev: "Beynəlxalq təşkilatlar..."
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

Mirşahin Ağayev: "Beynəlxalq təşkilatlar..."

«Burada söhbət hansısa canidən, düşməndən yox, 25 ildir fəaliyyət göstərən, 1000-dən artıq işçisi olan bir şirkətdən gedir. Həmin işçilər də sosial problemlər, maddi çətinliklər yaşayır. Xahiş edirəm, qərar verərkən bunları nəzərə alasınız».

Bunu ANS Müstəqil Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində çıxışında deyib.

Məhkəmədə hakim Elşanə Vəliyevanın sədrliyi ilə ANS-in Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul saat 18.30-dan etibarən telekanalın yayımının bir ay müddətinə dayandırılması barədə qərarının (İnzibati Aktın) etibarsız sayılması barədə şikayətinə baxılıb.

Teleradio Şurasının nümayəndəsi Toğrul Məmmədov bildirib ki, bu şikayətə apellyasiya məhkəməsi yox, 1 saylı İnzibati-İqtisadi Məhkəməsi baxmalıdır.

HAKİMLƏRİN SƏHVİ?

Lakin ANS-in nümayəndəsi Sevda Məhərrəmova razılaşmayıb: «ANS-də «Salam Azərbaycan», «Hesabat» və s. verilişlərin yayımının dayandırılması barədə Teleradio Şurasının qərarlarından şikayətlərimizə də Bakı Apellyasiya Məhkəməsi baxıb».

Toğrul Məmmədov bildirib ki, bu, hakimlərin səhvi olub.

Bundan sonra Elşanə Vəliyevanın sədrlik etdiyi hakimlər kollegiyası müşavirəyə gedib. Qısa müşavirədən sonra açıqlanan qərarda göstərilib ki, şikayətə İnzibati-İqtisadi Məhkəmədə baxılmalıdır.

Vahid Mustafayev hakimdən xahiş edib ki, vaxt itirməməkdən ötrü məhkəmə özü şikayəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərsin. Hakim bildirib ki, ANS rəsmi şəkildə müraciət etsə, məhkəmə bu addımı ata bilər.

«MALİYYƏ XƏRCLƏRİMİZ EYNİ QALIB»

Vahid Mustafayev məhkəmədən sonra mediaya açıqlamasında bir daha şirkətin və əməkdaşlarının maddi sıxıntı içində olduğunu vurğulayıb: «ANS-in kollektivi böyükdür. Əməkdaşlarımız tək Bakı şəhərində yox, Azərbaycanın digər rayonlarında, həmçinin ölkədən kənarda da fəaliyyət göstərirlər. Həmin işçilər bu gün sosial ağırlıq və çətinlik keçirir. Yəqin ki, qərar qəbul edəcək strukturlar bu barədə də düşünəcəklər. Bu, real problemlərdən biridir. Biz təşkilat olaraq hər gün maliyyə itkiləri ilə rastlaşırıq. Bizim gündəlik maliyyə xərclərimiz eyni qalıb».

ANS-in baş direktoru Mirşahin Ağayev ədalətin bərpa olunacağına inandığını söyləyib: «Kanalın açılmasına yönəlik qanuni yollar və imkanlardan istifadə edirik. Bütün addımlarımız qanun çərçivəsindədir. Biz Azərbaycanın müstəqilliyi ilə həmyaşıdıq. Narazı qaldığımız məhkəmə qərarları olarsa, digər lazımi addımları atacağıq. Razı olacağıqsa, hər kəslə birlikdə bayram edəcəyik».

Buna da bax - Mirşahin Ağayev: 'İlham Əliyevdən xahiş edirik ki...'

«DÖVLƏTİMİZ OLAN YERDƏ»

Mirşahin Ağayev beynəlxalq ictimaiyyətin ANS-in qapadılmasına münasibətindən danışarkən deyib ki, özləri heç kimə müraciət etmirlər: «Belə görüşlər qarşı tərəfin istəyi ilə baş tutur. Ancaq biz dövlətimizə inanırıq və gözləyirik. Dövlətimizin də tez bir zamanda bu məsələni araşdıracağına əminik. Öz dövlətimiz olan yerdə başqa beynəlxalq təşkilatlardan nəsə istəmirik və gözləmirik. Ancaq təbii ki, beynəlxalq təşkilatlar da maraqlanır. Onları da maraqlandıran suallar və onların da suallarını müxtəlif səviyyələrdə cavablandıran var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir».

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS Müstəqil Yayım və Media Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib. Məhkəməyə müraciət edən MTRŞ ərizəsində göstərib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayımlanıb. Telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. MTRŞ-nin iyulun 18-də verdiyi qərarla ANS-in fəaliyyəti 1 ay dayandırılmışdı. Şura lisenziyanın ləğvindən ötrü məhkəməyə müraciət etmişdi.

ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd ANS-in baş direktoru Fethullah Gülen-in mətbuat konfransında əməkdaşlarının iştirakını səhv adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.

Buna da bax - Bakı sakinləri ANS TV-nin bağlanması barədə

Bakı sakinləri ANS TV-nin bağlanması barədə
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

XS
SM
MD
LG