Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:22

Taleh Bağırovun müavininə 'yox' dedilər


Elçin Qasımov
Elçin Qasımov

►Elçin Qasımovun şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun həbs müddətinin uzadılmasından verilən şikayəti rədd edib.

Bu haqda ilahiyyatçının vəkili Elnur Nəbiyev məlumat verib.

Vəkil Report-a deyib ki, hakim Əhməd Həsənov E.Qasımovun həbs müddətini artıran məhkəmə qərarını əsaslı sayaraq, apellyasiya şikayətini təmin etməyib.

Müdafiə tərəfi iş üzrə hüquqi prosedurları davam etdirəcək.

İyulun 16-da Nəsimi rayon Məhkəməsi Elçin Qasımovun həbs müddətini 3 aylığa artırmışdı.

Dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatına ilahiyyatçı Taleh Bağırov rəhbərlik edir. İlahiyyatçı ötən il noyabrının 26-da Nardaran qəsəbəsində güc orqanlarının keçirdiyi əməliyyat zamanı tərəfdarları ilə birlikdə saxlanıb. Həmin vaxt ikisi polis olmaqla, altı nəfərin həlak olduğu bildirilir.

T.Bağırovun müavini E.Qasımov isə ondan əvvəl - noyabrın 5-də tutulmuşdu. Onun Sabunçu polisində saxlanması dindarların etirazına səbəb olmuşdu, aksiya keçirmişdilər.

Buna da bax: Sahib-Əz-Zamanın gəlişinə inanmaq dövlət çevrilişdirmi?

Sahib-Əz-Zamanın gəlişinə inanmaq dövlət çevrilişdirmi?
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Əvvəlcə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamağa görə, 30 sutka inzibati məsuliyyətə cəlb edilən E.Qasımov barəsində daha sonra həbs-qətimkan tədbiri seçilmişdi. O, xuliqanlıqda, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunur. Ona qarşı əlavə ittihamların irəli sürüldüyü bildirilir.

Sonradan prokurorluq bildirdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

İyulun 19-da da Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi başlayıb.

Buna da bax: "Nardaran hadisələri zamanı üzü maskalı, əli silahlılar..."

"Nardaran hadisələri zamanı üzü maskalı, əli silahlılar..."
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

XS
SM
MD
LG