Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

«Paşa Development» aybaay böyüyür


Leyla və Arzu Əliyevalar
Leyla və Arzu Əliyevalar

►Son bir ayda şirkətin kapitalı daha 2 milyon manat artıb

Hələ ötən ay şirkətə sərmayə qoyuluşu 5 milyon manat artmışdı. İyul ayında isə kapitala daha 2 milyon manat yönəldilib.

Vergilər Nazirliyinin siyahısında - kommersiya qurumlarının dövlət reyestrində göstərilir ki, «Paşa Development» MMC-nin nizamnamə kapitalı 293 milyon 273,9 min manata çatıb.

Şirkətin əldə etdiyi daşınmaz əmlakın dəyəri, bir qayda olaraq, onun nizamnamə kapitalının artımında əksini tapır. Bu ilin fevralında «İndeks» MMC-nin «Paşa Development» MMC-yə qoşulması sərmayəni 20 milyon manat artırmışdı.

2012-ci ilin iyununda – hələ qurularkən, tək təsisçi olan «Paşa Holding» MMC şirkətin ilkin kapitalına 16 milyon manat yönəltmişdi. Dörd il boyunca kapitalın həcmi 18 dəfə artırılıb.

Paşayevlərin gəlirli Retro biznesi

Ana şirkətin öz kapitalı barədə bilgi verilmir

«Paşa Holding» MMC və onun törəmə şirkətlərinə dair məlumat dövlət reyestrində əks olunmayıb. Ancaq ötən il şirkətlər qrupunun korporativ saytında holdinqə daxil şirkətlərin ümumi sərmayəsinin 800 milyon manat olduğu göstərilib.

“Paşa Development” Azərbaycanda və onun hüdudlarından kənarda daşınmaz əmlak idarəçiliyi ilə məşğul ən iri şirkətlərdən biridir. Holdinqə daxil olan «Paşa İnşaat» MMC-dən fərqli olaraq bu şirkətə tabe olan obyektlərin adları açıqlanmır.

İctimaiyyətə açıq bir çox maliyyə hesabatlarına görə, holdinqə son nəzarəti əvvəlcə birinci xanımın atası Arif Paşayev, 2014-cü ildənsə Azərbaycan prezidentinin qızları Leyla və Arzu Əliyevalar həyata keçirirlər.

Buna da bax: Azərbaycanın birinci ailəsinin Londondakı şəxsi mülklərinin siyahısı

XS
SM
MD
LG