Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:15

Seymur Həzi həbsxanadan yazdı: Daima işığa can atmalıyıq


"Qərara ancaq gülmək olar"
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

"Qərara ancaq gülmək olar"

-

“Azad söz təkcə fiziki və mənəvi təzyiqlərlə nəticələnməyən söz deyil. O, həm də hər cür fanatizmdən arınmış şüura, dünyəviliyə, elmiliyə və insanın ilkin təbii hüquqlarına arxayın olan düşüncənin məhsuludur”.

Həbsdə olan “Azadlıq ” qəzetinin siyasət şöbəsinin müdiri Seymur Həzinin həmkarlarına yazdığı təbrik məktubunda belə deyir.

O, jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edir. S.Həzi qeyd edir ki, milli mətbuatın yaranışının ildönümü jurnalistlərə vəzifə və hədəflərini yenidən xatırladır.

“Həsən bəy Zərdabidən Elmar Hüseynova qədər bir yol keçmiş mediamız öz azadlıq dustaqları ilə bu gün dünyada tez-tez anılmaqdadır. Ancaq heç cür yenilmək yolunu tutmur və tutmayacaq. “Azad sözün” sonuncu qığılcımları böyük işıq mənbəyinə çevriləcək. Şübhəsiz ki, bunun üçün ən başlıca vəzifə keçmişdən bol iqtibas gətirmək deyil, gələcəyə mesajlar verməkdir. Biz zülmətdə ola bilərik, amma daima işığa can atmalı, ona hədəflənməliyik”, Seymur Həzi yazır.

Buna da bax: Baş redaktor 'Bandotdel'ə çağırıldı

Seymur Həzi 2014-cü ilin avqustun 30-da həbs edilib. O xuliqanlıqda ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist ittihamı rədd edib və həbsini jurnalist fəaliyyəti ilə bağlayıb.

Seymur Həzi “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri olmaqla yanaşı, həm də xaricdən yayımlanan “Azərbaycan saatı” verilişinin redaktoru və aparıcısı olub.

Amnesty İnternational təşkilatı Seymur Həzini “vicdan məhbusu” elan edib.

İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir.

XS
SM
MD
LG